Azərbaycan Çindən əncir idxalını bərpa edib
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 246 min ABŞ dolları dəyərində 53 ton əncir (təzə və ya qurudulmuş) idxal edilib.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 % az, kəmiyyət olaraq – 8 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 134,4 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 54 % çoxdur) 19,3 ton (+51 %), Səudiyyə Ərəbistanından 52,3 min ABŞ dolları dəyərində 22,5 ton (1 il əvvəl tədarük olmayıb), Çindən 28,4 min ABŞ dolları dəyərində 6 ton, İrandan 21,3 min ABŞ dolları dəyərində (+24 %) 3,5 ton (+10,3 %), Özbəkistandan 8,8 min ABŞ dolları dəyərində (-94,3 %) 1,6 ton (-95 %) əncir alıb.
Azərbaycan 1 il 11 aylıq fasilənin ardından Çindən tədarükü bərpa edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 06 Noyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















