Qara dənizdə yük gəmisi batdı: 12 türkiyəli ekipaj itkin düşdü
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rumıniyadan Misirə gedən, Somali bayrağı altında üzən "BETUL 8" yük gəmisində partlayış baş verib və nəticədə gəmi Bolqarıstan sahillərində batıb. Həmçinin gəminin 12 türkiyəli ekipajı itkin düşüb. Partlayışın səbəbi araşdırılır.
Bu barədə Avtosfer.az "Haber Global"a istinadən məlumat verir.
Bolqarıstan Nəqliyyat Nazirliyinin saytında yer alan məlumata görə, "BETUL 8" yük gəmisinin göndərdiyi qəza siqnalı Varna Dəniz Axtarış və Xilasetmə Koordinasiya Mərkəzinə çatdıqdan sonra layner batıb. Bolqarıstan mediası 1988-ci ildə inşa edilən gəminin partlayışdan sonra batdığını iddia edir.
Partlayışın dəniz minası və ya PUA (pilotsuz uçuş aparatı - dron) hücumu nəticəsində baş verdiyini müəyyənləşdirilir.
***
"BETUL 8" yük gəmisi Qara dənizin Bolqarıstan sahillərində qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası ölkənin Nəqliyyat Nazirliyinə istinadən məlumat yayıb.
Somali bayrağı altında üzən "BETUL 8" gəmisi 3 ton səpmə buğda daşıyırdı və Rumıniyadan Misirə hərəkət edirdi. Onun göyərtəsində 12 heyət üzvü olub.
"Varnadakı Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə səhər saat 9:15-də fəlakət siqnalı daxil olub. Ekipaj bildirib ki, gəmi Bolqarıstanın müstəsna iqtisadi zonasında yerləşən Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdədir", - məlumatda bildirilib.
Nəqliyyat Nazirliyinin məlumatına görə, hadisə yerinə Qara dənizdəki Dəniz Minatəmizləmə və Kəşfiyyat Qrupunun dörd gəmisi – iki Bolqarıstan, bir Rumıniya və bir Türkiyə gəmisi göndərilib. onların fəaliyyəti isə Dəniz Administrasiyası İcraiyyə Agentliyinin Fövqəladə Hallar və Xilasetmə İşləri üzrə Baş İdarəsi tərəfindən əlaqələndirilir.
Əməliyyata həmçinin iki "Cougar" helikopteri və bir "Su-25" təyyarəsi vasitəsilə ərazidə müşahidə və kəşfiyyat işləri aparan hərbi hava qüvvələri də qoşulub.
Bolqarıstan Milli Televiziyasının təsdiqlənməmiş məlumatına görə, gəmi artıq batıb.
Gəmi qəzasının səbəbləri, eləcə də batmanın dron zərbəsinin nəticəsi olub-olmaması hələ ki məlum deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 16 Noyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















