Icma.az
close
up
RU
Ağciyər xərçənginə işarə edə biləcək öskürək əlaməti budur

Ağciyər xərçənginə işarə edə biləcək öskürək əlaməti budur

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Üç həftədən çox davam edən öskürək ciddi siqnal ola bilər. Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) ağciyər xərçənginin diqqətdən kənarda qalmamalı əsas əlamətlərini açıqlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, söhbət yalnız uzunmüddətli öskürəkdən getmir. Bəzi digər simptomlar da vaxtında həkimə müraciət etməyə əsas verə bilər. Mövzu Böyük Britaniyada tanınmış jurnalist və televiziya aparıcısı Dame Ester Rantzenin ölümündən sonra yenidən gündəmə gəlib. O, təxminən üç il dördüncü mərhələli ağciyər xərçəngi ilə mübarizə aparıb. Xəstəlik ona 2023-cü ilin yanvarında diaqnoz qoyulmuşdu.

Hansı əlamətləri görməzlikdən gəlmək olmaz?

NHS ağciyər xərçəngi ilə bağlı əsas simptomları belə sıralayıb:

Üç həftə və daha çox davam edən öskürək. Zaman keçdikcə güclənən və keçməyən öskürək. Döş qəfəsi infeksiyalarının tez-tez təkrarlanması.

Qanlı öskürək.

Nəfəs alarkən və ya öskürərkən ağrı və narahatlıq.

Davamlı nəfəs darlığı və ya yorğunluq.

İştahanın azalması və səbəbsiz çəki itkisi.

NHS bildirir ki, bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, ailə həkiminə müraciət etmək lazımdır.

“Bu əlamətlər ciddi xəstəliklə bağlı olmaya da bilər. Lakin xərçəngin erkən diaqnozu və vaxtında müalicəsi həyatı xilas edə bilər”, - mütəxəssislər vurğulayırlar.

Ağciyər xərçəngindən nə qədər insan ölür?

“Cancer Research UK” təşkilatının məlumatına görə, Böyük Britaniyada hər il ağciyər xərçəngindən təxminən 33-35 min insan həyatını itirir. Bu xəstəlik ölkədə onkoloji xəstəliklər səbəbindən ölüm hallarının ən geniş yayılmış səbəblərindən biridir.

Xərçəngdən ölüm hallarının təxminən 21 faizi ağciyər xərçənginin payına düşür. Bu, orta hesabla gündə təxminən 90 ölüm deməkdir.

Hər il ölkədə 48-50 min yeni ağciyər xərçəngi halı aşkarlanır.

Mütəxəssislərin hesablamalarına görə, ağciyər xərçəngi hallarının təxminən 79 faizinin qarşısını almaq mümkündür. Əsas risk faktoru isə hələ də siqaret çəkmək hesab olunur.

Kimlərə ağciyər müayinəsi təklif olunur?

Böyük Britaniyada bütün əhali üçün ümumi ağciyər müayinəsi proqramı yoxdur. Bunun əvəzinə müəyyən risk qrupları üçün “Targeted Lung Health Check” proqramı fəaliyyət göstərir. Bu proqram əsasən 55-74 yaş arasında olan, ailə həkimində qeydiyyatda olan, hazırda siqaret çəkən və ya əvvəllər siqaret çəkmiş şəxslərə təklif edilir. İlk mərhələdə tibb işçisi telefonla və ya üzbəüz görüş zamanı şəxsin risk səviyyəsini qiymətləndirir. Bu zaman xəstəlik tarixçəsi, həyat tərzi və tənəffüs problemləri haqqında məlumat toplanır.

Risk yüksək hesab edilərsə, həmin şəxsə aşağı dozalı kompüter tomoqrafiyası təklif olunur. Belə müayinələr bəzi hallarda mobil tibb məntəqələrində, məsələn, supermarketlərin dayanacaqlarında və ya yerli xəstəxanalarda həyata keçirilir. Nəticələr adətən dörd həftə ərzində təqdim olunur. Əgər ağciyərlərdə dəyişikliklər və ya düyünlər aşkar edilərsə, əlavə müayinələr təyin olunur və ya xəstə mütəxəssisə yönləndirilir. Proqram hazırda İngiltərədə mərhələli şəkildə genişləndirilir. Oxşar yoxlama proqramları Şotlandiyada da tətbiq olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://lent.az
archiveBu xəbər 09 Oktyabr 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri