Həmin şəkillə bağlı hər şey yalan imiş Fotolar
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cənubi Sudan prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Tut Qatluak Manimenin Rusiyanın Cənubi Sudandakı səfiri Aleksandr Kosmodemyanski ilə görüşündən yayılan foto geniş müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, sonradan sosial şəbəkələrdə dolaşan görüntünün dəyişdirildiyi və görüşün məzmunu ilə bağlı iddiaların təhrif edildiyi məlum olub.
Sosial mediada yayılan fotonun bir versiyasında Manimenin bədən ölçülərinin süni intellekt vasitəsilə nəzərəçarpacaq dərəcədə böyüdüldüyü müşahidə olunub. Araşdırma aparan istifadəçilər Cənubi Sudandakı Rusiya səfirliyi və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi mənbələrində dərc olunan orijinal fotonu üzə çıxarıblar. Həmin kadrda müşavirin görüntüsünün sosial şəbəkələrdə yayılan versiyadan xeyli fərqli olduğu aydın görünür.
Şəkillə yanaşı, görüşün Cənubi Sudandakı ərzaq təhlükəsizliyi və aclıq böhranı ilə bağlı keçirildiyi barədə iddialar da yayılıb. Bununla belə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında qida böhranı ilə bağlı heç bir məlumat yer almayıb. Nazirliyin məlumatına görə, tərəflər mövcud əməkdaşlıq layihələrində irəliləyişləri müzakirə edib və ikitərəfli tərəfdaşlığın inkişafı üçün birgə işləri davam etdirmək barədə razılığa gəliblər.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 24 Noyabr 2026 05:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















