Ağciyərlərimizin sağlamlığı ilə bağlı MÜHÜM QAYDA
Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.
Həkim Aleksandr Myasnikov ağciyərlərin sağlamlığı üçün nəfəs məşqləri etməyi məsləhət görüb.
Bu barədə kardioloq və məşhur teleaparıcı “Rossiya 1” kanalında "Əsas məsələ barədə" (“О самом главном”) verilişinin efirində danışıb.
Ağciyərlərin sağlamlığının yaxşılaşdırılması ilə bağlı məsləhətlər verən həkimin sözlərinə görə, ilk növbədə qamətiniz düz olmalıdır. Myasnikov bildirib ki, insan əyilirsə, o zaman sinəsi daralır və nəticədə ağciyərlər sinə içində sıxılır və tam düzləşə bilmir.
Myasnikov hesab edir ki, artıq çəkilərdən xilas olmaq da ağciyər sağlamlığını yaxşılaşdırmağın başqa bir yolu ola bilər.
Həkim izah edib ki, artıq çəkisi olan insan tam nəfəs ala bilmir, ona görə də ağciyərin tutumu zamanla azalır. Və bu, müxtəlif tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər.
Həkim nəfəs məşqlərinin faydalarından da danışıb. O, vurğulayıb ki, internetdə tənəffüs əzələlərini gücləndirən çoxlu məşqlər tapmaq olar./publika.az
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 14 Oktyabr 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















