Icma.az
close
up
RU
Ağdaban ziyarəti Cavid Qurbanov yazır

Ağdaban ziyarəti Cavid Qurbanov yazır

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əzəmətli dağların əhatəsində qayğısız uşaqlığımı yaşadığım, cığırlarında izim olan, anamın nəğmələrini eşitdiyim, atamın dualarını duyduğum, babamın sazının səsi ruhuma yayılan Ağdaban kəndini ziyarət etdim. Burnuma doğmaların qoxusu, çəmənlərin xoş rayihəsi gəldi, ciyərlərimə doğma kəndimin, əzəmətli Kəlbəcərimin havası doldu. Bir qərinədir ki görmədiyim yerlərdən sanki bir əsrdir ki ayrı olmuşam. Bu müddət ərzində cismim uzaqlarda olsa da, ruhum, qəlbim həmişə burada, bu torpaqda qalmışdı.

Ağdaban torpağına ayağımı basan anda hər addımım bir xatirə, hər nəfəsim bir duyğu fırtınası oyandırdı. Gözlərim hər tərəfdə viran qoyulmuş evləri, talan edilmiş yurd yerlərini görsə belə, ruhum sanki abad bir kəndin üzəri ilə uçurdu. Kəndimizdə indi yalnız daş yığınları, qurumuş ağaclar, tikanlı kollar, yağmalanmış qəbiristanlıqlar var. Bir zamanlar şən uşaq səslərinin əks-sədası ilə dolan cığırlar indi susqunluğa qərq olub. Bu dağıntılar ürəyimi sızladır, qəhər boğazımda düyünlənir. Amma bu viranələr arasında, təbiət yenə də öz əzəmətini, öz gözəlliyini qoruyub. Yaşıl yamaclar, büllur kimi axan çaylar, göylərə ucalan ulu dağlar var.

Böyüdüyüm evin xarabalıqlarından keçib babam Aşıq Şəmşirin və başqa doğmalarımın məzarlarına doğru gedirəm. İndi Ağdaban ruhların kəndiridir sanki. Amma ürəyimdə böyük bir sevinc var, çünki qısa zaman sonra Ağdaban öz sakinlərinə qucaq açacaq, onları yenə də bir qərinə əvvəl əzizlədiyi kimi əzizləyəcək.

Doğmalarımın dağıdılan məzarlarından sanki sevincək ruhlar qalxıb məni salamlayır. Əlimi məzarın soyuq daşına qoyuram, sanki ondan bir qüvvət alıram, məzardakıların səsi qulağımda cingildəyir: "Ey oğul, bu torpaqlar müqəddəsdir, onu qorumaq hər birimizin borcudur. Bu torpaqları azad edən Sərkərdəni və onun qəhrəman əsgərlərinin haqqını heç zaman heç kim ödəyə bilməz. Bizim üçün şəhid olanların ruhları bizimlə birgədir və şaddır".

Ziyarətimin sonunda bir an dayanıb ətrafa baxıram. Gözlərimdə yaş, qəlbimdə ümid, dilimdə dua var. Bu torpaqlar azad olunub, indi onları yenidən dirçəltmək, onları əvvəlkindən daha gözəl etmək bizim əlimizdədir. Bu viranələri ən yaxın günlərdə möhtəşəm binalar, məktəblər, yollar əvəz edəcək. Çünki bu torpaqlar azadlıq sevən, qəhrəman bir xalqın torpaqlarıdır.

Bu qüruru və iftixarı bizə bəxş edən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Qəhrəman ordumuza təşəkkür və minnətdarlıq hissi ilə o yerlərdən ayrılıram. Dilimdə şəhidlərimizə dualar oxuyur, qazilərimizə Allahdan şəfalar diləyirəm. Rəbbim Vətənimizi, millətimizi, Ali Baş Komandanımızı və ailəsini nəzərində saxlasın.

Uşaqlıq xatirələri düşmən əliylə silinən nigaran insanlara ithaf edirəm.

Kəndimizə getmişdim

Baxdım çölə çəmənə

Dedim bəlkə tanıyar

Tanımadı kənd məni.
Baxdım bu daş, bu divar
Durub gözündə qubar.
Quruyub dərədəki
Şır-şır axan o bulaq.
Bağ-bağçanı hər yeri
Basıb vəhşi ot alaq.
Tapmadım kənd-kəsəyin
Tapmadım gur nəfəsin.
Baxdım, həsrətlə baxdım
Baxdım yoxa çıxıbdı.
O şirin xatirələrim
Daha qocalmışam mən.
Yaman kövrəlmişəm mən
Dağa çıxdım yoruldum.
Qalmayıb qoçaqlığım
Baxdım düşmən əliylə
Silinib uşaqlığım.

Cavid QURBANOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Sentyabr 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri