Icma.az
close
up
RU
Ağdam: 32 il əvvəl və bu gün

Ağdam: 32 il əvvəl və bu gün

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

...Birinci Qarabağ müharibəsinin ağrılı səhifələrindən biri 1993-cü ilin yayında Ağdamın işğala məruz qalmasıdır. Bu rayon uğrunda döyüşlər həmin il iyunun 12-də başlayaraq, intensiv xarakter almış, özünümüdafiə qüvvələrimiz təpədən-dərnağa qədər silahlanmış düşmənin qarşısında 41 gün qəhrəmancasına duruş gətirə bilmişdir. İyulun 23-də isə artıq qüvvələri tükənmiş və heç yerdən, heç kimdən kömək görməyən Ağdam şəhəri mənfur erməni silahlıları tərəfindən işğal edilmişdir. Şəhərin böyük bir hissəsi dağıdılmış, minlərlə insan didərgin düşmüş, şəhid olmuş və yaralanmışdır.

İşğalın ürəkağrıdan statistikasına nəzər salaq: o zaman qarşıdurmada ən böyük ağırlıq məhz Ağdamın üzərinə düşmüşdü . Başqa sözlə, Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri idi. Onun müdafiəsi uğrunda 5 ildən artıq qanlı döyüşlər getdi. Ermənilər rayon ərazisinin 846,7 kvadrat kilometrini, yəni 77,4 faizini işğal etməyə nail oldular. Rayonun acı qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazandı, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Mədəni abidələr dağıdıldı, İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə yerlə-yeksan edildi...

Qafqazın Xirosimasına çevrilmiş şəhərdə və ətrafında 5 ilə yaxındır ki, bərpa və yenidəndurma işləri aparılır, şəhər bir növ sıfırdan qurulur. Keçmiş qaçqın və məcburi köçkünlər doğma yurd yerlərinə qayıdırlar. İtkilərin acısı unudulmur, amma Böyük Zəfərin, Böyük Qayıdışın fərəhi könüllərə sevinc, gözlərə işıq gətirir.

Həmin qara səhifəli tarixdən düz 32 il ötüb. Beş il öncə – 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatları ilə uzun illər işğal altında olan torpaqlar rəşadətli Silahlı Qüvvələrimiz tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

...2020-ci il 20 noyabr tarixi – Ağdamın azad olunduğu şanlı gün. Bu tarix xalqımız üçün qürur günüdür. Torpaqlarımız düşmən tapdağından azad edilib. Ağdam rayonu hərbi əməliyyat keçirilmədən siyasi yolla işğaldan azad edildi. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Azərbaycan Ordusu və xalqı onun ətrafında bir yumruq kimi birləşərək, qəddar düşməni torpaqlarımızdan qovdu.

Ağdamın xilası barədə qürur dolu hisslərlə danışmaqla bərabər, onun süqutunun – düşmənə verilməsinin əsas günahkarı olan AXC-Müsavat hakimiyyətinin cinayətlərini də təəssüflə qeyd edirik. Bir neçə il əvvəl Azərbaycan televiziyası ilə efirə getmiş “Qarabağ düyünü” verilişi yada düşür. Həmin proqramda təkzibedilməz faktlarla və əldə edilmiş təsvirlərin xronikasına əsasən, əhalinin vuruşa bilən hissələrinin səfərbər olunmasının çox pis vəziyyətdə olduğu göstərilirdi. İşğaldan bir-iki gün sonra həvəskar erməni operatorunun çəkdiyi kadrlar yanan - alovlanan Ağdamın acı, faciəli günlərini əks etdirirdi.

Kadrlardan bir şey aydın olurdu: işğalçılar inana bilmirlər ki, döyüşən, müdafiə olunan Ağdam asanlıqla ələ keçib. Həmişə haylar üçün gözdağı olan Ağdam xofundan həmişə qorxan ermənilər bu şəhərin küçələrində gəzmələrini böyük ssenarinin - baş planın həyata keçirilməsi hesab edirdilər. Amma zaman göstərdi ki, o vaxtkı fərsiz və ədabaz rəhbərlər, sapı özümüzdən olan küt baltalar olmasaydı, Qarabağın dayaq nöqtəsi olan Ağdam işğala məruz qalmazdı. Başı Bakıda hakimi-mütləqlik iddialarına qarışan cəbhə hakimiyyəti, Surət Hüseynovun dili ilə desək, rayonları düşmənə “əlborcu” vermişdi ki, “taxt-tac”ını qoruya bilsin. Başqa sözlə, faciələrlə üz-üzə qalan camaatın başı öz dərdinə qarışsın, “ağanəzərlər” isə Bakıda, Gəncədə şellənə-şellənə gəzsinlər. Bunun bir adı vardı: siyasi idiotizm!

Əlbəttə, başıpozuqluğun nəticəsi elə də olmalı idi. Bu, Ağdamda döyüşçülərin əhval-ruhiyyəsinə tədricən mənfi təsir göstərdi. 1993-cü ilin ortalarına qədər ölkəni idarə edən, yəni yuxarıda əyləşən səriştəsiz və hər yöndən həris, xəyanətkar insanlarin, dırnaqarası “dövlət rəhbərləri”nin günahı üzündən həmin dövrdə bütün döyüş bölgələrində olduğu kimi, Ağdamda da gərgin vəziyyət yarandı.

Belə ki, Şirin Mirzəyevin, Allahverdi Bağırovun, Yaqub Rzayevin döyüşlərdə həlak olması, demək olar, həm döyüşçülərin əhval-ruhiyyəsinə mənfi təsir göstərdi, həm də Ağdamda qara qüvvələrin əl-qol açmasına imkan verdi. Həmin dövrdə rayonun müdafiəsində iştirak edən oğulların birləşdiyi 836 nömrəli hərbi hissə 1992-ci ilin oktyabr ayında keçmiş müdafiə naziri Rəhim Qazıyevin əmri ilə ləğv edilmişdi. Bu, Ağdamın gələcəkdə işğalı üçün başlıca zəmin yaratdı. Qarabağ münaqişəsi başlayandan Ağdamda rəhbərliyin tez-tez dəyişdirilməsi rayonun müdafiə gücünü azaltmış, daxili çəkişmələri dərinləşdirmişdir. Nəticədə, yerli özünümüdafiə batalyonları ayrı-ayrı klanların şəxsi ambisiyası ilə döyüş mövqelərindən çıxarılmış, əsas yüksəkliklər asanlıqla düşmənə təhvil verilmişdi. Şəhərin işğalına qədər Qarqar çayı tərəfdəki ərazilər məhz Xalq Cəbhəsinin hakimiyyəti dövründə işğal olunmuşdu. Digər tərəfdən də Qiyaslıda ərazilər əldən çıxmış, ermənilər orada öz postlarını qurmuşdular. Nəticə özünü çox gözlətmədi. Döyüşən, müdafiə olunan Ağdam şəhəri ermənilərə təslim edildi, talan olundu. Xəyanət, satqınlıq erməni xülyasını reallığa çevirdi. Dəhşətli tarixi cinayət baş verdi. Bir sözlə, Ağdamın işğalının bünövrəsi Xalq Cəbhəsinin hakimiyyətə gəldiyi ilk gündən qoyulmuşdu.

Ovaxtkı iqtidardaxili münaqişələr də məğlubiyyətdə öz rolunu oynadı. Məsələn, Xalq Cəbhəsi ilə Surət Hüseynovun mövqeləri haçalandı. Dedilər ki, o, Ayaz Mütəllibova xidmət edir və s. Döyüşün qızğın vaxtında qəfildən qoşunları geri çəkdilər, qaçmağa başladılar. O vaxt Gəncə və Şəmkir batalyonu da bir növ hərəkətsiz oldu və s. Bir sözlə, AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu bir il ərzində ölkəni tamamilə diz çökdürmüşdü. Başsız başçıların respublikanın idarəçiliyini zəbt etməsindən sonra ölkə “ölüm-qalım” dilemması qarşısında qalmışdı. Təbii ki, AXC-Müsavat cütlüyünün Bakıda hakimiyyəti silahlı yolla ələ keçirmək üçün Qarabağın müdafiəsində dayanan əsgərləri silahları və zirehli texnikaları ilə birgə Ali Sovetin ətrafına yığdığını da heç kim unutmayıb...

Bu gün 44 günlük “Dəmir yumruq” əməliyyatının qürur doğuran zəfər təntənələri hər bir vətənpərvər azərbaycanlının varlığına hakim kəsilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev 2020-ci il noyabrın 20-də xalqa müraciətində Ağdam rayonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. Əsas müjdə bu idi ki, Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Bu, rəhbərin ali sərkərdəlik məharətinin, siyasi iradəsinin, rəşadətli ordumuzun hünərinin, qalib xalqımızın mətanətinin tarixə qızıl hərflərlə yazılan zəfəri idi.

Artıq biz Qarabağda, o cümlədən Ağdamda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə, “Böyük Qayıdış” Proqramının qətiyyətlə reallaşdırılması əzmi ilə dünyaya sübut etmişik ki, döyüşüb Qələbə qazandığımız kimi, işğaldan azad olunan bölgələrin dirçəldilməsini də eyni uğurla həyata keçirməyə qadir xalqıq.

Ə.DOSTƏLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri