Icma.az
close
up
RU
Ağdam Azərbaycanın böyük şəhəri kimi müasir və rahat yaşayış məkanına çevrilməkdədir

Ağdam Azərbaycanın böyük şəhəri kimi müasir və rahat yaşayış məkanına çevrilməkdədir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağdam rayonu 1930-cu ildə yaradılmış və ümumi sahəsi 1094 kvadrat kilometr təşkil etmişdir. Rayonda relyef əsasən düzənlik olsa da, qismən dağlıq hissələr də mövcuddur. Ağdam Qarabağın mərkəzində, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində və Kür-Araz ovalığının qərb hissəsində yerləşir. Bu strateji mövqe bölgəyə həm tarixi, həm müdafiə, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət verir. 23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun ərazisinin 846,8 kv.km-i ermənilərin əlinə keçib, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. 1993-cü il 29 iyul tarixində BMT Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmiş və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Lakin Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq işğal siyasətini davam etdirmişdir. İşğal dövründə Ermənistan Cenevrə Konvensiyalarına zidd olaraq Ağdamda etnik təmizləmə aparmış, coğrafi adları dəyişdirmiş, mülki mülkiyyəti talan etmiş və tarixi-mədəni abidələri dağıtmışdır. Məscidlər, qəbiristanlıqlar, tarixi binalar və ictimai obyektlər tamamilə məhv edilmiş, bu isə Ermənistanın məqsədinin hərbi təcavüz və ərazi işğalı olduğunu nümayiş etdirmişdir.

Vətən müharibəsində qazanılmış Qələbədən sonra imzalanmış Üçtərəfli Bəyanata əsasən, 20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilmişdir. Bu tarixi hadisə nəticəsində bölgənin təhlükəsizliyi və gələcək inkişafı baxımından yeni imkanlar yarandı. Bununla da 27 illik işğala son qoyuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət, mahir diplomatik manevrlər öz bəhrəsini verdi və Ağdam bir güllə belə atılmadan düşmən ordusunun qalıqlarından təmizləndi. 23 noyabr 2020-ci il tarixdə burada Azərbaycanın Dövlət Bayrağı ucaldıldı. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.Tarixi qələbədən sonra isə milli ideyanın ikinci mərhələsi-azad edilən torpaqların minalardan təmizlənməsi, düşmənin xarabalığa çevirdiyi yurd yerlərini dirçəltmək, genişmiqyaslı infrastrukturu qurmaq, Böyük Qayıdışa hazırlaşmaqdan ibarət oldu. Bununla da Ağdamda böyük quruculuq-bərpa işləri başladı. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək, Azərbaycan xalqı müzəffər xalq kimi qürur hissi ilə yaşayacaqdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilmişdir. Bu plan çərçivəsində Ağdam Azərbaycanın dördüncü böyük şəhəri kimi müasir, yaşıl və rahat yaşayış məkanına çevriləcəkdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olundu. Bu tarix xalqımız üçün qürur günüdür. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik bacarığının nəticəsidir. Şəhərdə 5 məhəllə, geniş infrastruktur layihələri, yollar, yeni sosial obyektlər və ictimai məkanlar tikiləcəkdir. Hazırda ikinci məhəllədə 66 binanın tikintisi həyata keçirilir, digər məhəllələrdə də işlər davam etdirilir. Hazırda Ağdamda 3 kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına köçürülmüşdür. Bərdə–Ağdam dəmir yolu xəttinin ikinci mərhələsi çərçivəsində inşa edilmiş Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi 10 may 2025-ci il tarixində istifadəyə verilib. Kompleks 8 hektarlıq ərazini əhatə edir və müasir standartlara uyğundur. Ağdamda aparılan genişmiqyaslı işlər Böyük Qayıdış Proqramının əyani təzahürü kimi dəyərləndirilir.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri