Icma.az
close
up
RU
AĞDAM: biz elə bir şəhər qururuq ki...

AĞDAM: biz elə bir şəhər qururuq ki...

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün azadlığı ilə qürur duyduğumuz, azad siması ilə düşmən gözünə ağ olan Ağdamın inkişafına, yenidən qurulmasına, soydaşlarımızın yurd-yuvasına qayıdışına hər dəfə baxanda həm də ürəyimizi sızladan xatirələr canlanır gözlərimiz önündə: 27 il düşmən tapdağı altında qalan və 2020-ci ilin 27 sentyabrından başlanan yolla azadlığına doğru yolçuluğa çıxan Ağdam bir qərinəyə yaxın qara günlər yaşadı. Gözəl hüsnündən əsər-əlamət qalmadı Ağdamın. Vəhşi düşmən bu ağ saraylı, ağ binalı şəhəri yerlə yeksan etdi. Dağıdıldı, yandırıldı, köksü qara tüstü burulğanına büründü. Ağ şəhər qara şəhərə çevrildi. Həm də qara günlü şəhərə...

27 il idi ki, adından “ağ” sözünü çıxarıb Qarabağın qara bəxti, qara taleyi adlandırmışdıq Ağdamı. Çünki ağ günündən, ağappaq şölə saçan növrağından əsər-əlamət qalmamışdı bu yurdun. Ona yad əllər uzanmışdı. Bədxah addımlar köksündə yaralar açmışdı. Tanış olmayan nəfəslər bu yerlərin ağ gününə qara tüstü püskürmüşdü. İllərdi yanırdı çinarlıqları. Sökülürdü abidələri, mədəniyyət ocaqları. Dağıdılırdı zəhmət əllərinin ucaltdığı evlər - bir ailənin ümidi sökülürdü. Evindən-eşiyindən köçmək məcburiyyətində qalanların yuxularının tez-tez qonağı olurdu Ağdam. Bu yuxular dünyada məşhur olan Qarabağ atlarının məskəni olan Ağdamın ağ atlı oğullarından, ağ duvaqlı qızlarından “danışırdı”. 27 il əvvəl Qarabağın qoynundakı ən çox şəhid verən bu bəyaz şəhərin qara günlərini nağıl edirdi o yuxular. Lakin nə bu yuxular, nə də real həyat belə davam edəcəkdi. Çünki azərbaycanlıların belə bir deyimi var:

Qara günün ömrü az olar

Qara günün ömrü 27 il olsa da, 27 sentyabrdan başlanan Vətən müharibəsi Ağdamın bu ömrünün sonu oldu. Müzəffər ordumuzun sürətlə irəliyə doğru irəliləməsi, o yuxulardakı ağ atlı oğulların düşmənin qara kabusuna çevrilməsi son qoydu Ağdamın qara günlərinə. Ali Baş Komandanımızın da söylədiyi kimi: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş və böyük vəsait xərclənmiş istehkamlar. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etmişdilər. Bizim gücümüzü düzgün hesablaya bilməmişdilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bizi o Qələbəyə aparan həm gücümüz, texniki təchizatımız, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.

27 sentyabrdan başlanan hərbi yol 10 noyabrda siyasi yolla birləşərək Ağdamın qələbəsini yaxınlaşdırdı. Tarix yenə 27 il əvvələ geri döndü. Lakin bu dönüş azərbaycanlıların başına açılan o müsibətli günləri qələbə sevinci ilə əvəzlədi. Bu dəfə əzilən, başqasının torpaqlarında ağ gün axtararkən qara günlərin sahibinə çevrilənlər oldu. Tarix öz siyasi lideri və səhifələrinə minilliklərin hünər səhifəsini yazan azəri övladlarının şücaəti ilə Ağdamı ağdamlılara qaytardı. Həmin gün Ağdamın “çöhrəsini” gülümsəyən gördük. Sevinc göz yaşları axıtdıq. Qəlbimiz qürur hissi ilə doldu...

20 noyabr 2020-ci il: Ağdam günü

20 noyabr 2020-ci il. Nə gözəl, yaddaqalan tarixə təsadüf edir Ağdamın ağ gününə qovuşması. Üzünə həsrət qaldığı, dalğası hicranı olan bayrağına qovuşması. Deyirlər, bütün rənglərin təməlində ağ rəng dayanır. Öz bəyazlığı fonunda üç rəngdən yaratdığı üçrəngli bayrağını sinəsinə sancdı, başını dik tutub: “Mən azad oldum, mən doğma Vətənimə qovuşdum”,- dedi Ağdam.

44 günlük Vətən müharibəsində olduğu kimi, 10 noyabrda imzalanan üçtərəfli Bəyanatın ilk qələbə müjdəsini də Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən aldıq: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq”.

Bilirdik ki, düşmən Ağdamda daşı daş üzərində qoymayıb, eşitmişdik. Lakin azadlığından sonra yolumuzu Ağdamdan salanda bunu canlı olaraq gördük. Gördük ki, İlahi, bura vəhşi bir qəbilə hücum edib, sağ qoyduğu bir şey olmayıb ki... Qədim tarixə malik çoxlu sayda memarlıq və incəsənət abidələri ötən 27 ildə yerlə-yeksan olunub Ağdamımızın. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalası, onlarla muzey, məscid, kitabxana, teatr, məktəb düşmənin vəhşiliyi ilə üzləşib. Meşələr yandırılıb, məhv edilib. Məscidlərdən başqa çirkin məqsədlər üçün istifadə olunub. Lakin vətən oğulları əllərinə silah alıb düşməni torpaqlarımızdan qovduqları kimi, məscidlərimizə də həmin əllərlə təmizlənmək, paklanmaq nəsib oldu. Qeyrətli oğulların sayəsində Ağdamın azan səsi təşnəsinə də son qoyuldu.

Ağdamda Azərbaycan bayrağı ucaldıldı. Ağdam bu doğma nəfəsləri, tanış əllərin hərarətini duyduqca gülümsəyirdi. 27 il çöhrəsinə qara rəng çökən Ağdam gülümsəyirdi. Dağıdılmış, viran edilmiş abidələri, tarixi yerləri, incəsənət, mədəniyyət nümunələri, bərəkətli, altı da, üstü də zəngin torpaqları ilə birlikdə gülümsəyirdi. Çünki o əllər bu yurd yerinə yeni həyat vermək üçün gəlmişdi. Minlərlə evinin daşı daş üstündə qalmayan bir yurdu yurddaşlarına vermək, buraya yeni növraq bəxş etmək üçün gəlmişdi. Bu səbəbdən də Ağdam gülümsəyirdi. Qələbəsini, azadlığını bayram edirdi. Bütün işğaldan azad olunmuş torpaqlarımız kimi, Ağdamın da üzünə gülümsəmək necə də yaraşır...

Ağdamın bu günü düşmən gözünə ağ salır

Bir vaxtlar işğal altında saxladıqları Ağdamı darmadağın edən ermənilər iyrənc hərəkətləri ilə bu torpağın sahibləri olmadıqlarını nümayiş etdirməklə yanaşı, həm də vəhşiliklərini göstərdilər. Bütün dünyaya bəyan etdilər ki, ermənidən qəddar qəbilə yoxdur.

Yurd salmaq, ev tikmək nə qədər çətin olsa da, uzun illərə başa gəlsə də, çox insanlar üçün bir ömrə bərabər olsa da, belə imiş Qarabağ torpaqlarının sakinlərinin alın yazısı. Dağıdılacaqmış illərlə qurub-yaratdıqları. Yeməklərindən, geyimlərindən kəsib daşa, quma verib ucaltdıqları yurdları dağıdılacaqmış. İçərisində nə xəyallar qurduqları evlərə həsrət qalacaqmışlar. Nə arzularla əkdikləri ağaclar bar üstündə düşmənin xəyanətkar əllərinə veriləcəkdi.

27 il bu yurdun insanları köçkün həyatı yaşaya-yaşaya tək təsəlliləri Ağdamın ağ günlərini xəyallarında canlandırmaq olacaqdı. Amma bir məsələ də var ki, gedənlərin, itirilənlərin hər birini qaytarmaq olar, tək torpaqdan savayı. Qoy yansın, sökülsün, dağılsın evlərimiz. Ta ki torpaqlarımız özümüzünkü olsun, yadlar ona sahib çıxmasın. Qoy evsiz-eşiksiz qalaq, torpağın üzərində süfrə açaq, çörək kəsək, evimiz torpağın üzəri olsun, lakin torpağımız özümüzün olsun. Torpaq varsa, onun üzərində hər zaman gözəl, yaraşıqlı evlər qurmaq mümkündür. Su gələn arxa bir də gələr, deyib atalarımız. O arxın varlığı ilə ona yenidən su gələ bilirsə, torpağın varlığı ilə də yeni yurdlar salına bilər. Ağdamda da yenidən yurdlar salınır. Sevinir, gülür kəndləri, şəhərləri, insanları. Çünki...

Dövlətimiz Ağdamı dirçəldir

Mart ayının 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirakları zamanı burada dövlətimizin başçısının çıxışı Ağdamın dünəni ilə bu gününün xronikası xarakterini daşıyırdı: Mən işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və biz sizi öz doğma torpağınıza qaytaracağıq. Bu gün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Artıq 13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər qayıdırlar. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək.

Dövlətimizin başçısı Ağdam şəhərinin və rayonun bütün kəndlərinin mənfur düşmən tərəfindən tamamilə dağıdıldığını, bir dənə də salamat bina qalmadığını vurğulayaraq deyirdi: Bu, bir daha düşmənin xislətini göstərir, bizə tamamilə əsassız olan düşmənçiliyi göstərir. Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirdilər. İşğala son qoyulandan sonra həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzə idik. Yəni, işğal dövründə şəhər tamamilə söküldü, yerlə-yeksan edildi və Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu, misli görünməmiş vəhşilikdir. Mən bunu dəfələrlə demişdim, erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Biz Ağdamı yenidən qururuq və quracağıq. İndi genişmiqyaslı quruculuq işləri aparılır. İşğaldan sonrakı dövrdə bir çox önəmli infrastruktur obyekti istifadəyə verilib, ilk növbədə, yollar. Ağdam-Bərdə yolu yenidən quruldu. Heç sovet dövründə bu gözəllikdə yol olmamışdır. Ağdam-Xankəndi yolu inşa edilir. Bu da Bərdə-Ağdam yolu kimi dördzolaqlı olacaq. Dəmir yolu çəkilir, yəqin ki, bu il istifadəyə veriləcək. Yəni, Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq. Vağzal kompleksi inşa edilir. Ağdam məscidi bərpa edilmişdir. Mənfur düşmən bütün müsəlmanları, dünya müsəlmanlarını təhqir etmək üçün orada heyvan saxlayırdı. Birinci bərpa olunan bina Ağdam məscidi olmuşdur. Muğam Mərkəzi inşa edilir. “İmarət” Kompleksi bərpa edildi. Natəvanın qəbri bərpa olundu, düşmən tərəfindən dağıdılmış abidəsinin eynisi yenidən tikildi. Xaçınçay su anbarı yenidən quruldu. Düşmən onu da qurutmuşdu. Məktəb binası inşa edilir, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Artıq bir neçə müəssisə orada fəaliyyət göstərir və bu, Qarabağ, Şərqi Zəngəzur bölgəsinin ən böyük sənaye kompleksi olacaq. Təbii ki, yaşayış evləri, bir neçə yaşayış kompleksi inşa edilir, bu il istifadəyə veriləcək.

Bununla bərabər, bölgənin turizm imkanları nəzərə alınaraq iki mehmanxana artıq fəaliyyətə başlayıb və həm Ağdam, həm Füzuli, həm ətraf bölgələrə xidmət göstərəcək. Bax, biz belə şəhər qururuq. Yadımdadır, işğaldan sonra ilk dəfə Ağdamda ağdamlılarla görüşəndə və yeni şəhərin təməlini qoyanda mən demişdim, elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq.

Prezidenti İlham Əliyevin iyulun 18-də Ağdama səfəri çərçivəsində bir sıra sosial obyektlərin açılış mərasimində iştirak etməsi Ağdama bəxş olunan ağ günlərin mənzərəsidir. Ağdama qayıdan soydaşlarımızın üzündəki gülüş, xoşbəxtlik də bu mənzərədə aydın görünür...

Ağdamı şən görmək nə qədər xoşdur...

Hər dəfə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərləri ürəyimizi qürurla doldurur. Müzəffər Ali Baş Komandanın və 44 günlük Vətən müharibəsi dövründə xalqın təsəllivericisi olan Mehriban xanım Əliyevanın bu torpaqlara səfəri Zəfərimizin üzərinə yeni bir Zəfər əlavə edir. Azad torpaqlarımızda həyat bərpa olunduqca, öz əvvəlki görkəmlərinin verilməsi ilə bağlı planlar həyata keçirildikcə, düşmənin bağrının çatlamasını duyur və fəxr edirik ki, onlara bu narahatlığı yaşada bilirik. Çünki biz 30 il narahatlıqla, torpaqlarımızın həsrəti, hicranı, nisgili ilə yaşamışıq.

Dövlətimizin başçısının azad torpaqlarımıza hər səfəri onlara yeni həyatın bəxş olunması ilə nəticələnir. Elə Ağdamın da “üzünün” güldüyünü gördük növbəti səfərdə. Onun hüsnünə vurulan hər naxış bu gözəl şəhərin görünüşünü dəyişir, 27 illik nisgilini sevincə çevirir. Ağdam həm də ona görə sevinir ki, sinəsində görülən hər bir iş onu sakinlərinə, doğmalarına daha da yaxınlaşdırır. Çünki torpaq o vaxt bəxtəvərdir ki, sinəsi üzərində doğmalarının addım səslərini dinləyir. 27 illik sükutdan sonra Ağdam bu səsi duydu. Böyük Qayıdışla artıq Ağdam soydaşlarını qoynuna alır. Hələ qarşıda doğmaları ilə birlikdə onu daha xoş, sevincli günlər gözləyir... Çünki burada elə bir şəhər qurulur ki, o, dünyanı heyran edəcək.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:21
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyul 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see208

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see189

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see154

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see149

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see141

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see135

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see133

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see128

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see127

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see126

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see126

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see126

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see125

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see123

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see123

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see123

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see122

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see119

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin

21 İyul 2025 19:48see113

DTX tərəfindən saxlanılan “Abu Malik”in Fotosu

21 İyul 2025 16:06see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri