Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin elan etdiyi 5.1 milyonluq tenderlə bağlı qərar verildi
Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Ağdam rayonu Sarıcalı kəndində tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarının tikinti-quraşdırma işləri ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin ümumi dəyəri 5 144 546 AZN olub.
Cabir Həsənov

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir
06 Mart 2025 13:12
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti avtomobil ala bilmir
17 Fevral 2025 16:03
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb
20 Dekabr 2024 09:16
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsin 2023cü il dekabrın 31nə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatı
19 Dekabr 2024 23:42
Kəlbəcərdə Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət istiqaməti DƏYİŞDİ
17 Dekabr 2024 18:35

