Icma.az
close
up
RU
Ağdam səngərlərində yazılan Laçın həsrəti

Ağdam səngərlərində yazılan Laçın həsrəti

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Həyatda elə insanlar var ki, doğulduqları dağların vüqarını, məğrurluğunu öz xarakterlərində gəzdirirlər. Onların qəlbindəki Vətən sevgisi sakit bir axar deyil, kükrəyən dağ çayı kimidir. 1966-cı ilin iyul günəşinin istisi ilə Laçının Alxaslı kəndində dünyaya göz açan, qısa, lakin şərəfli ömrünü müqəddəs torpaqlarımızın müdafiəsinə həsr edən Fazil Umud oğlu Mehdiyev məhz belə unudulmaz, məğrur oğullarımızdandır. O, Birinci Qarabağ müharibəsinin ilk illərində–daxili işlər orqanlarının sıralarında, Ağdam səngərlərində düşmənə qarşı mərdliklə vuruşaraq adını zəfər tariximizin təməldaşlarına yazdırdı.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etməkdən çəkinməyən, minlərlə Vətən övladı silaha sarılaraq təcavüzkar orduya qarşı vuruşaraq şəhidlik zirvəsinə yüksəliblər. Respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər eloğulları Ana Vətənimizin və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qorxu nədir bilmədən özlərini odun-alovun içinə ataraq qəhrəmanlıq göstərmişlər. Belə ki, qəlbimizdə kök salmış, yaddaşlarımızda iz qoymuş layiqli Vətən oğullarından biri də Fazil Umud oğlu Mehdiyevdir.

Fazil Mehdiyev 1966-cı ilin avqust ayının 20-də Laçın rayonunun Ələçi kəndində doğulmuşdur. Ailəsi hələ Fazil körpə olarkən Ağdam rayonunun Abdal-Gülablı kəndinə köçmüşdür. Fazil 1973-cü ildə məktəbə bu kənddə qədəm qoymuşdur. 1983-cü ildə orta təhsilini başa vurmuşdur. 1984-86-cı illərdə hərbi xidmətdə olmuşdur. Sverdlovsk şəhərində hərbi xidmətini nümunəvi başa vurub, ailəsinin yaşadığı Abdal-Gülablı kəndinə qayıdır. Bir müddətdən sonra işləmək üçün Rusiyaya gedir. Lakin burada çox qalmır. Vətən onu çəkir. Vətənə dönərək sürücülük peşəsinə yiyələnir.

Fazil Abdal-Gülablıda yerləşən sanatoriyada sürücü işləyirdi. Artıq vəziyyət getdikcə gərginləşirdi. Bu vaxtlar erməni yaraqlıları Şuşaya, Laçına, Kərkicahana gedən avtobusları gülləbarana tutur, əhalini öz yurd-yuvalarından didərgin salmağa çalışırdılar.

O da bu hadisələr başlayan gündən əlinə silah götürür. Fazil 1990-cı ildə Ağdam Rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. Tezliklə onun sorağı ən ağır, ən çətin döyüşlərdən eşidilir.

1991-ci ildə Fazil Ağdərənin Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kəndlərində gedən qızğın döyüşlərdə iştirak edir. Çox keçmir ki, Qaradağlı kəndində ayağından ağır yaralanır. Lakin bunu ailəsinə bildirmir. Yarası hələ tam sağalmamış, döyüş yoldaşlarının yanına qayıdır.

1991-ci ilin avqust ayında Fazil ermənilərin "Niva" markalı bir maşınını ələ keçirib, Ağdam Rayon Polis Şöbəsinə təhvil verir. Elə həmin ilin sentyabr ayının 23-dən 24-nə keçən gecə ermənilər böyük qüvvə ilə Abdal-Gülablı kəndinə hücuma keçirlər. Kəndin əsgərlərimizin köməyinə böyük ehtiyacı duyulurdu. Fazil bu xəbəri eşitcək, dostu Salehlə maşına minib köməyə tələsir. Bu vaxt ermənilər Ağdamdan gələn yola pusqu qururlar. Fazilgil Ağbulaq kəndi yaxınlığında qəfil hücuma məruz qalırlar. Bu qeyri-bərabər döyüşdə onlarla erməni yaraqlısını məhv etsə də özü də qəhrəmancansma şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Mehdiyev Fazil Umud oğluna (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Fazil Ağdam rayonunun "Qarağacı" qəbiristanlığında dəfn edilmişdir. Bakının Nəsimi rayonunda büstü qoyulmuş, Səbail rayonunda qəhrəmanın adına küçə verilmişdir. Onun həyat yolu hər bir gənc üçün örnəkdir və onun xatirəsi həmişə xalqımızın qəlbində əbədi yaşayacaqdır.  Azərbaycan xalqı Fazil Mehdiyevin qəhrəmanlığını, döyüşdə göstərdiyi şücaəti heç zaman unutmayacaqdır. Vətənimizin bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksəlmiş Fazil qısa, lakin çox dəyərli ömür yaşamışdır.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının, xatirəsi hər zaman bizim üçün əzizdir. Bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır.İllərlə həsrətində yaşadığımız, Fazil Mehdiyevin həlak olduğu torpaq öz sahibinə qovuşub. Vaxtilə baş vermiş faciələrdə tökülən qanlar əbəs yerə axmayıb. Artıq Azərbaycan bütövdür.

Tariximizə şanlı qırx dörd günlük müharibə, “Dəmir yumruq” əməliyyatı adı ilə daxil olmuş bu müqəddəs Vətən müharibəsində ordu və xalq Prezidentin ətrafında sıx birləşərək vəhdətləşdi. Vətən torpaqlarının azad olunması uğrunda aparılan bu döyüşlərdə Azərbaycan ordusunun nümayiş etdirdiyi döyüş əzmi və yüksək peşəkarlığı xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Düşmənin işğal etdiyi torpaqları azad edən qəhrəman əsgərlərimiz Şanlı Bayrağımızı Suqovuşana, Cəbrayıla, Füzuliyə, Hadruta, Zəngilana, Qubadlıya, Ağdama, Laçına, Kəlbəcərə, Şuşaya və yüzlərlə kənd və digər yaşayış məntəqələrimizə sancdı.

Müşfiq MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Avqust 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri