Icma.az
close
up
RU
Ağdam: tarixi irsin, Zəfərin və Böyük Qayıdışın rəmzi

Ağdam: tarixi irsin, Zəfərin və Böyük Qayıdışın rəmzi

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

20 noyabr – Ağdam Şəhəri Günü işğaldan azad olunmuş Azərbaycan torpaqlarının dirçəlişi, milli qürur və zəfər əzminin təcəssümüdür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik… Heç kimdə bu haqda şübhə olmasın” fikri bu tarixi torpağın taleyinə dair dövlət iradəsinin ən yüksək səviyyədə ifadəsidir. Bu gün Ağdam artıq təkcə dağıntılar yox, həm də quruculuq, yenilənmə və tarixi ədalətin bərpası simvoludur.

“Ağdam” toponimi qədim türk dilindən qaynaqlanaraq “kiçik qala” anlamını verir. Bu ərazi minilliklər boyunca türkdilli tayfaların məskəni olmuş, onların müdafiə məqsədi ilə inşa etdikləri kiçik qalalar bölgənin adlandırılmasında mühüm rol oynamışdır. XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xan burada ağ daşdan saray-imarət tikdirməklə Ağdamı regionun mühüm siyasi və memarlıq mərkəzinə çevirmişdir. Bu imarətin günəş şüaları altında işıqlı görüntüsü şəhərin “Ağ ev, işıqlı məkan” mənasını daha da gücləndirmişdir.

1993-cü il 23 iyul tarixində Ağdamın 73 faizinin işğalı Azərbaycan tarixinin ən faciəli hadisələrindən biridir. 128 min insan öz doğma yurd-yuvasından didərgin düşmüş, ərazidəki 90 kənd talan edilmişdir. 6 mindən çox şəhidin qanı bu torpağa tökülmüş, minlərlə mülki şəxs yaralanmışdır.İşğal nəticəsində: 38 kolxoz və çoxsaylı sənaye müəssisələri, 74 məktəb, 271 mədəniyyət ocağı, Çörək Muzeyi, yüzlərlə tarixi abidə və məscidlər tamamilə dağıdılmış, talan edilmişdir.

Ermənistan Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozaraq coğrafi adları dəyişdirmiş, mülki obyektləri yandırmış, mədəni irsi məqsədli vandalizmə məruz qoymuşdur. Bu əməllər müharibə cinayətləri olmaqla yanaşı, bölgədə etnik təmizləmə siyasətinin bariz nümunəsidir. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi Ağdam da daxil olmaqla işğal olunmuş bütün ərazilərdən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan uzun illər bu tələblərə məhəl qoymamışdır.

44 günlük Vətən müharibəsində qazanılmış Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il Bəyanatı Ağdamın işğaldan dinc yolla azad edilməsini təmin etdi. 20 noyabr 2020-ci ildə şəhər Azərbaycana təhvil verildi və bununla yüzlərlə hərbçinin və mülki şəxsin həyatının xilas edilməsi mümkün oldu. Ağdamın azadlığı Azərbaycan dövlətinin gücünü, ordumuzun müzəffərliyini və Prezident cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi.

Qələbənin əbədiləşdirilməsi məqsədilə 26 noyabr 2020-ci ildə “Ağdamın azad olunmasına görə” medalı təsis edilmiş, 5.790 hərbi qulluqçu bu medalla təltif olunmuşdur.

Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi böyük dövlətçilik əhəmiyyətinə malik qərardır. Bu çərçivədə 20 noyabr Ağdam şəhəri günü elan olunmuşdur. Bu, təkcə tarixi hadisənin xatırladılması deyil, həm də bölgənin dirçəlişi uğrunda görülən işlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm addımdır.

İşğaldan sonra Ağdam tamamilə yerlə-yeksan edilmiş şəhər təsiri bağışlayırdı. Beynəlxalq ekspertlər və jurnalistlər buranı “Qafqazın Xirosiması” adlandırırdılar. Lakin bu gün həmin xarabalıqların yerində yeni, müasir, ağıllı şəhər konsepsiyasına əsaslanan Ağdam qurulur. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq tədbirləri bu diyarın əvvəlki şöhrətinə qovuşacağına inamı artırır.

Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli Qərarı ilə təsdiq edilən “Ağdam şəhərinin 2040-cı ilədək Baş Planı” işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında strateji yol xəritəsidir. Bu plan işğaldan azad edilmiş rayonlar içində ilk təsdiq edilən sənəd olmaqla, Ağdamın gələcək inkişaf perspektivlərini müəyyənləşdirir:Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaq; burada 100 min nəfərin yaşayışı nəzərdə tutulur; müasir yaşayış məhəllələri, sosial infrastruktur, nəqliyyat şəbəkələri, parklar, sənaye və kənd təsərrüfatı zonaları yaradılır; “Böyük Qayıdış” çərçivəsində kəndlərin bərpası, yolların çəkilişi, su, enerji və rabitə xətlərinin yenilənməsi sürətlə davam edir.

Artıq yüzlərlə ailə öz doğma evlərinə qayıtmış, minlərlə insan Ağdamda yeni həyata başlamışdır. 2021-ci ildə Prezident cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafında mühüm rola malikdir.

2025-ci ilin may ayında açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgənin nəqliyyat sisteminin əsas qovşağıdır. 8 hektar ərazidə inşa edilmiş kompleks: gündəlik 800–1000 nəfər dəmir yolu sərnişininə, 1300–1500 nəfər avtovağzal sərnişininə xidmət göstərə biləcək texniki imkanlara malikdir. Azərbaycanda ilk qapalı dəmir yolu platformasının məhz Ağdamda inşa edilməsi şəhərin strateji əhəmiyyətini bir daha təsdiqləyir.

Ağdamın azad edilməsindən sonra cənab İlham Əliyevin rayona 2020–2025-ci illərdə həyata keçirdiyi çoxsaylı səfərlər bərpa prosesinə güclü siyasi dəstək vermiş, onlarca infrastruktur layihəsinin təməlqoymasına və açılışına səbəb olmuşdur. Bu səfərlər Ağdamın dirçəlişinə dövlət səviyyəsində verilən diqqəti aydın şəkildə göstərir.

Ağdamın tarixi taleyi Azərbaycan xalqının milli yaddaşında həm ağrılı səhifə, həm də misilsiz qələbə rəmzidir. Bu gün Ağdam işğalın izlərini silərək yenidən dirçəlir, iqtisadi, sosial, mədəni potensialını bərpa edir, müasir şəhər modelinə çevrilir. Prezident cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi, dövlətimizin gücü və xalqımızın birliyi nəticəsində Ağdamın əvvəlki şöhrəti bərpa olunmaqla yanaşı, daha da möhtəşəm gələcək formalaşdırılır.

20 noyabr – Ağdam şəhəri günü bu dirçəlişin, Böyük Qayıdışın və tarixi ədalətin təntənəsini ifadə edən xüsusi tarixi gündür. Bu gün müasir Ağdam artıq qayıdışın deyil, həm də inkişafın, yenilənmənin, milli iradənin rəmzidir.

Akif RƏFİYEV,

Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri