Ağdamda “07” ilə “avtoş”luq edib videolarını yayan sürücü 20 gün HƏBS OLUNDU VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Ağdam rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü müəyyən olunub.
Avtosfer.az-ın məlumatına görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində 90-HT-335 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan Vahid Abdullayev müəyyən edilərək saxlanılıb.
Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. V.Abdullayev barəsində toplanmış material məhkəməyə göndərilib. O, məhkəmənin qərarına əsasən, 20 gün müddətin inzibati qaydada həbs olunub.
Qeyd edək ki, sözügedən sürücüylə bağlı bir neçə gün öncə saytımızda xəbər dərc olunmuşdu. O, müxtəlif vaxtlarda çəkilmiş videolarda yol boyu təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarına qəza şəraiti yaratmışdı.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 20 Sentyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















