Vyetnamda Fransa zülmü... Videoaraşdırma
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın Vyetnamdakı müstəmləkəçilik siyasəti və törətdiyi cinayətlər barədə videoaraşdırma hazırlanıb.
“Qafqazinfo” xəbər verir ki, sözügedən araşdırmada əsas olaraq Hanoyun mərkəzində Vyetnamın müstəqillik tarixinin ən ağır səhifələrinə şahidlik etmiş Hoa Lo həbsxanasından bəhs edilir.
1896-cı ildə Fransanın müstəmləkə hakimiyyəti tərəfindən inşa edilən bu həbsxanada ilk olaraq siyasi məhbuslar, müstəqillik uğrunda mübarizə aparan vətənpərvərlər saxlanılıb. 450 nəfər tutumu olan bu həbsxanada müxtəlif dövrlərdə bu rəqəmdən dəfələrlə çox sayda məhbus saxlanılıb. Burada saxlanılan şəxslər isə dar kameralarda, ağır sanitar şəraitdə, qida çatışmazlığı və xəstəliklər içərisində yaşamağa məcbur edilirdilər.
Qeyd olunub ki, orada saxlanılan şəxslərin üzləşdiyi yeganə çətinlik bu olmayıb. Belə ki, Hoa Lo həbsxanasındakı məhbuslar psixi və fiziki işgəncələrə də məruz qalıb.
Bununla belə, araşdırmaya əsasən, Hoa Lo həbsxanasına gətirilən insanlar azadlıq ideyasından imtina etməyib, əksinə bu məkan milli azadlıq hərəkatının siyasi və ideoloji mərkəzlərindən birinə çevrilib. Burada saxlanılan şəxslər arasında daha sonradan Vyetnamın siyasi həyatında mühüm rol oynayan şəxslər də yer alıb.
Bildirilib ki, Fransanın müstəqillik mübarizəsini boğmaq üçün yaratdığı bu həbsxana müəyyən mənada həmin mübarizənin davam etdiyi önəmli məkana çevrilib.
Daha ətraflı videoaraşdırmada:
Baxış sayı:39
Bu xəbər 20 Noyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















