Bakıda 40 dan çox startap 50 min dollar uğrunda yarışacaq
Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
INMerge 2026: 40-dan çox startap “INBattle” səhnəsində mübarizə aparacaq, qalib 50 000 ABŞ dolları qazanacaq
PAŞA Holding-in təşkilatçılığı ilə keçirilən regionun ən böyük innovasiya platforması “INMerge” İnnovasiya Sammiti bu il 30 noyabr - 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq. Sammit çərçivəsində seçilmiş startaplardan 40-dan çoxu “INBattle” startap yarışmasının səhnəsində çıxış edəcək. Yarışmanın qalibi 50 000 ABŞ dolları məbləğində pul mükafatı ilə yanaşı, “Startup World Cup 2027” səhnəsində Azərbaycanı təmsil etmək imkanı qazanacaq.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
“INMerge 2026” çərçivəsində 94 ölkədən daxil olan 1300-dən çox startap müraciəti arasından seçilmiş 120 startapın, 200-dən çox beynəlxalq spikerin və minlərlə iştirakçının bir araya gəlməsi gözlənilir. Bu ilki sammitin əsas istiqamətlərindən biri startap ekosisteminin inkişafı, yeni texnologiyaların təqdimatı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olacaq.
Sammitdə texnologiya, biznes, iqtisadiyyat və innovasiya sahələrində dünya miqyasında tanınan 200-dən çox spiker iştirak edəcək. Onların sırasında beşqat “Grand Slam” çempionu və sahibkar Mariya Şarapova, Google X-in keçmiş baş biznes direktoru Mo Qavdat, Nike-ın keçmiş baş marketinq direktoru Qreq Hoffman və 2025-ci il iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Coel Mokir yer alır.
Mariya Şarapova 2025-ci ildə “International Tennis Hall of Fame”ə daxil edilib. Hazırda sahibkar və investor kimi fəaliyyət göstərən Şarapova “Moncler” şirkətinin direktorlar şurasının üzvü və “New York Times Best Seller” siyahısına daxil olmuş kitabın müəllifidir. Mo Qavdat “Solve for Happy” və “Scary Smart” bestsellerlərinin müəllifi, süni intellekt və onun cəmiyyətə təsiri üzrə tanınmış ekspertdir. Qreq Hoffman təxminən 30 il Nike şirkətində çalışaraq təcrübəçi vəzifəsindən baş marketinq direktoru vəzifəsinədək yüksəlib. O, “Emotion by Design” kitabının müəllifidir. Coel Mokir Nortvestern Universitetinin professoru və tanınmış iqtisadi tarixçidir. Texnoloji tərəqqi və iqtisadi artım üzrə tədqiqatlarına görə 2025-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Spikerlərin tam siyahısı və biletlərlə bağlı ətraflı məlumat inmerge.az saytında təqdim olunur.
“INMerge” haqqında
PAŞA Holding-in təsis etdiyi və təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti 2021-ci ildən etibarən hər il Bakıda keçirilən innovasiya və texnologiya sammitidir. Sammit Azərbaycan, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Avropadan korporasiyaları, investorları, startapları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirərək regional əməkdaşlığı dəstəkləyir və Bakının innovasiya mərkəzi kimi inkişafına töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 20 Noyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















