Icma.az
close
up
RU
Ağdamda 4 ildə geniş miqyasda tikintiquruculuq işləri görülüb

Ağdamda 4 ildə geniş miqyasda tikintiquruculuq işləri görülüb

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Etiraf edək ki, qədim və gözəl Qarabağımızın aran hissəsindən giriş qapısı olan Ağdam şəhərinin və bu rayonun ərazisinin üçdə ikisinin düşmən tərəfindən işğal edilməsi, buranın uzun illər ərzində vəhşicəsinə yağmalanması, vandalcasına dağıdılması dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımızın heysiyyatına toxunurdu. Qəlbimizdə bu ədalətsizliyə qarşı sonsuz hiddət, qəzəb və intiqam hissi alovlanırdı. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olmuşdur ki, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülmüşdür. Ağdam heç vaxt düşmənə baş əyməmiş, sonuna qədər vuruşmuşdur. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş və şəhidlər vermişdir. Dörd il əvvəl isə Ağdam bir güllə atılmadan, bir nəfər də şəhid verilmədən qayıtdı. Əlbəttə ki, bu, Azərbaycan Ordusunun şanlı hərbi Qələbəsi nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmayacaqdı. Bu gün həmin hadisədən düz 4 il ötür. Bu il iyulun 31-də Prezident İlham Əliyevin sərəncamı ilə 20 Noyabr – Ağdam Şəhəri Günü elan edilib. Bu xoş xəbər, müjdə xalqımızın ictimai-siyasi həyatında daim milli dövlətçiliyə sədaqəti ilə seçilən, mədəniyyətimizin inkişafına böyük töhfələr verən Ağdamın bütün vətənpərvər sakinləri və ziyalıları tərəfindən sonsuz minnətdarlıq hissilə qarşılanıb. İlahi ədalət deyilən bir anlayış var. Qarabağda ədalət qələbə çalmalı idi. Məhz belə də oldu. Bu gün Qarabağın hər bir guşəsində Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır. Ermənilərin adını xəritələrdən əbədi silmək üçün vandalcasına dağıtdıqları Ağdam şəhərində və bu rayonun, demək olar ki, bütün kəndlərində son 4 ildə heyrətamiz səviyyədə tikinti-quruculuq işləri görülüb və görülməkdə davam edir. Ermənilər dağıdırdı, biz qururuq, dirçəldirik. Ona görə ki, bura halal torpağımızdır, Vətənimizdir! Bu gün Ağdam rayonu və onun yaşayış məntəqələri gözlərimiz önündə yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir. Hazırda Ağdam şəhəri dünya memarlarının da diqqət mərkəzindədir. Təsadüfi deyil ki, 2022-ci il oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib.Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mühüm tədbirdə iştirak ediblər.Dövlətimizin başçısı forumdakı dərin məzmunlu, parlaq çıxışında demişdir: “İndi biz burada – işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik. İrimiqyaslı infrastruktur layihələri icra olunur. ...Beləliklə, biz artıq burada – Ağdamda bir neçə evin tikintisinə başlamışıq. Mən dünən burada idim və 3 kəndin – Xıdırlı, Kəngərli və Sarıcalının təməlqoyma mərasimlərində iştirak etmişdim. Maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaqdır”. Əminliklə demək olar ki, qədim Qarabağın yeni Ağdamı ən yaxın illər ərzində 100 minlik əhalini öz qoynuna alacaq. Ermənilərin xarabazara qoyduğu köhnə Ağdam şəhərinin yerində məmləkətimizdə öz böyüklüyünə görə dördüncü, külli-Qarabağın isə ən böyük şəhəri inşa olunacaq. Artıq Ağdamın yeni günləri başlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrastruktur layihələr bunu söyləməyə əsas verir.

23.11.2020-ci ildə baş tutan səfər zamanı Ağdam şəhərində Dövlət Bayrağının ucaldılması, dağıdılmış Ağdam Cümə məscidini ziyarət xalqımıza qürur dolu anlar yaşatdı.

28.05.2021-ci ildə edilən səfər Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi, Ağdam şəhərində ilk yaşayış binasının, Ağdam Sənaye Parkının təməlqoyma mərasimləri ilə yadda qaldı. Həmçinin, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanışlıq oldu. Bundan əlavə, Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimləri könülləri oxşadı. Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimi, Qiyaslı məscidi və Şahbulaq qalası ilə tanışlıq xalqımızın yaddaşına silinməz izlərlə həkk olundu.

13.02.2022-ci ildə baş tutan səfər də əlamətdardır. Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, Yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimləri oldu.Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksi ilə tanışlıq yaddaqalandır.

04.10.2022-ci il tarixli səfərdə ölkə Prezidenti İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış oldu. Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı və Kəngərli kəndlərinin, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, “City Hotel Agdam” mehmanxanasının təməlqoyma mərasimlərində iştirak etdi. Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanış oldu. Xurşidbanu Natəvanın abidəsinin açılış mərasiminə qatıldı. Növbəti yaşayış məhəlləsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, Sarıcalı kəndinin təməlqoyma mərasimlərini etdi.

15.10.2023-cü il tarixli səfər zamanı Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıq oldu.

Böyük quruculuğun, şəhər günün mübarək, tarixi Ağdam!

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri