Beşqat Olimpiya çempionu prezidentliyə namizəd olacağını açıqladı
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Fransanın əfsanəvi cüdoçusu, beşqat Olimpiya çempionu Teddi Riner ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, məşhur idmançı sosial media hesabında yayımladığı videoda özünü nə sağçı, nə də solçu hesab etdiyini, əsas məqsədinin isə cəmiyyətdə birliyi bərpa etmək olduğunu bildirib.
Siyasi təcrübəsi və partiya dəstəyi olmayan Rinerin bu qərarı analitiklər tərəfindən gözlənilməz gediş kimi dəyərləndirilir.
Ölkədə artan dövlət borcuna, həyat bahalığına və sosial bərabərsizliyə diqqət çəkən çempion idmançı bölücü ritorikadan uzaq duracağını vurğulayıb. O, idman karyerasındakı mübariz ruhuna istinad edərək Fransaya daim mübahisə edən peşəkar siyasətçilər deyil, xalqı vahid məqsəd ətrafında birləşdirən səmimi vizyonun lazım olduğunu söyləyib.
Fransa seçki qanunvericiliyinə əsasən, Qvadelupa mənşəli idmançının namizədliyinin rəsmən qeydə alınması üçün yerli və milli səviyyədə seçilmiş vəzifəli şəxslərdən ən azı 500 imza toplamalıdır. Riner sosial ümidi bərpa etmək naminə sonadək mübarizə aparacağını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 10 Noyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















