Icma.az
close
up
RU
Ağdamda Adilə Namazovanın 100 illik yubileyi qeyd edildi Fotolar

Ağdamda Adilə Namazovanın 100 illik yubileyi qeyd edildi Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdam Muğam Mərkəzində əməkdar elm xadimi, akademik Adilə Namazovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Elman Məmmədov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq elmləri doktoru, professor Habil Qurbanov, əməkdar həkim Taryel Eyvazov, yubilyarın ailə üzvləri, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, həkimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu öndər Heydər Əliyevin, Adilə Namazovanın və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Adilə Namazovanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Adilə Namazovanın Azərbaycan tibb elminin inkişafında, xüsusilə pediatriya sahəsindəki müstəsna xidmətlərindən, çoxillik elmi-pedaqoji fəaliyyətindən və zəngin irsindən söz açıblar. Bildirilib ki, Ağdamın zəngin elm, mədəniyyət və ziyalı ənənələrinin layiqli nümayəndəsi olan Adilə Namazovanın elmi fəaliyyəti, Azərbaycan tibb elminə verdiyi töhfələr və uzun illər ərzində yüksəkixtisaslı həkim və alimlərin hazırlanmasında göstərdiyi xidmətlər doğma Ağdamın tarixində və ölkəmizin elm salnaməsində xüsusi yer tutur.

Natiqlər görkəmli alimin elmi fəaliyyəti ilə yanaşı, yüksək insani keyfiyyətlərindən, vətənpərvərliyindən və gənc nəslə örnək olan həyat yolundan bəhs edərək onun əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayıblar.

Tədbirdə Adilə Namazovanın bacısı Tamella Namazova çıxış edərək tədbirinin təşkilinə görə Ağdam Rayon İcra Hakimiyyətinə və iştirakçılara təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artistləri Fehruz Səxavətin, Səbuhi İbayevin və Elnur Zeynalovun ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilmişdir.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Sentyabr 2026 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri