Icma.az
close
up
RU
Bərdədə İnklüziv Yaradıcılıq Yarmarkası keçirilib

Bərdədə İnklüziv Yaradıcılıq Yarmarkası keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən İnklüziv Yaradıcılıq Yarmarkası təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bərdə şəhəri, Heydər Əliyev adına Parkda keçirilən tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov, YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, Qarabağ Regional DOST Mərkəzinin direktoru Vasif Qəribov, Bərdə Regional ASAN Xidmət Mərkəzinin direktoru İlahə Quliyeva, Qarabağ Universitetinin müəllim və tələbə heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yarmarkanın açılışında çıxış edənlər tədbiri bölgədə yaşayan həssas qruplara aid şəxslərin yaradıcılıq potensialının nümayiş olunması, inklüzivliyin təşviqi baxımından mühüm addım kimi dəyərləndiriblər. Belə yaradıcılıq platformalarının sosial inteqrasiyaya, cəmiyyətin üzvləri arasında bərabər imkanların təmin edilməsinə xidmət etdiyi vurğulanıb.

Tədbir çərçivəsində Qarabağ “DOST Evi” filialının fəaliyyətini, eləcə də filialın təlimçi və benefisiarlarının əl işlərini əks etdirən guşələr təqdim olunub.

"Könüllü DOST" proqramı, “RehaPoint" xidməti, "Himayədar ailə" qayğı modeli və digər layihələrə dair təqdimatlar, maarifləndirici materiallar nümayiş olunub, uşaqlar üçün əyləncə zonası yaradılıb.

Tədbirin bədii hissəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin istedadları, həmçinin Qarabağ Universitetinin Musiqi və İncəsənət fakültəsinin tələbə və müəllim heyəti birgə konsert proqramı ilə çıxış ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:241
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri