Icma.az
close
up
RU
Ağdamda regional müşavirə keçirildi Foto

Ağdamda regional müşavirə keçirildi Foto

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağdam şəhərində “Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması” mövzusunda regional müşavirə keçirilib.

Axar.az xəbər verir ki, müşavirədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Fövqəladə Hallar Nazirliyinin baş yanğın tənlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndəliklərinin əməkdaşları, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Müdafiə, Kənd Təsərrüfatı və Ədliyyə nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti strukturların nümayəndələri iştirak ediblər.

Müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn yay fəsli ilə əlaqədar meşə və meşəətrafı ərazilərdə, əkin sahələrində mümkün yanğınların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub.

Müşavirədə yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi vurğulanıb. Bildirilib ki, ətraf mühitin ayrılmaz hissəsi olan meşələrin mühafizəsi və inkişafı iqlim dəyişmələrinə qarşı vacib mübarizə tədbirlərindən biridir. Əhali arasında ekoloji maarifləndirmə tədbirlərinin genişləndirilməsinin, meşə və əkin sahələri ətrafında mineral zolaqların salınmasının, yanğınların söndürülməsi üçün sututarların yaradılmasının əhəmiyyəti vurğulanıb.

Müşavirədə qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların, o cümlədən tikinti şirkətlərinin işçilərinin odla ehtiyatlı davranmaları, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyi xüsusi qeyd edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 May 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri