Icma.az
close
up
RU
Azərbaycan dördüncü dəfə BTİ Şurasının üzvü seçildi Fotolar

Azərbaycan dördüncü dəfə BTİ Şurasının üzvü seçildi Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BTİ-nin Şurasının 2027–2030-cu illər üzrə üzvlüyünə, həmçinin AZCON Holding-in strukturuna daxil olan Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) əməkdaşı Sitarə Mehdiyeva təşkilatın Radio Tənzimləmə Komitəsinin (RTK) 2027–2030-cu illər üzrə üzvlüyünə seçilib.

“Qafqazinfo” xəbər verir ki, seçkilər ciddi beynəlxalq rəqabət şəraitində keçirilib.

BTİ-yə üzv olan 194 ölkədən 48-i təşkilatın Şurasına üzv seçilir. Azərbaycan təmsil olunduğu Şərqi Avropa və Şimali Asiya regionu üzrə ən yüksək səs toplayaraq 129 səslə BTİ Şurasına üzv seçilib.

BTİ-nin Radio Tənzimləmə Komitəsinə (RTK) keçirilən seçkilərdə isə 194 ölkə arasından yalnız 12 ölkənin nümayəndəsi təmsilçilik hüququ qazanıb. Azərbaycan bu seçkilərdə də öz qrupunda ən yüksək səs toplayaraq 111 səslə RTK-ya üzv seçilib.

Beləliklə, Azərbaycan hər iki seçkidə təmsil olunduğu region üzrə ən yüksək səs toplayaraq BTİ-nin hər iki idarəetmə orqanında təmsil olunmaq hüququ qazanıb.

BTİ qlobal radiotezliklərin bölüşdürülməsini, peyk orbitlərini və informasiya-kommunikasiya texnologiyaları üzrə beynəlxalq texniki standartları idarə edən ixtisaslaşmış beynəlxalq təşkilatdır. 

1992-ci ildən BTİ-nin üzvü olan ölkəmiz 2014, 2018 və 2022-ci illərdə ard-arda Şuraya, 2018 və 2022-ci illərdə isə RTK-ya üzv seçilib və bu illər ərzində təşkilatın fəaliyyətində fəal iştirak edir.

Azərbaycanın BTİ Şurasına ardıcıl dördüncü dəfə üzv seçilməsi və təqdim etdiyi namizədin Radio Tənzimləmə Komitəsində təmsil olunmaq hüququ qazanması beynəlxalq telekommunikasiya ictimaiyyətinin ölkəmizə göstərdiyi etimadın göstəricisidir.

BTİ Şurasında təmsilçilik ölkəmizə təşkilatın strateji prioritetlərinin və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində, mühüm qərarların qəbulunda, eləcə də qlobal rəqəmsal gündəliyin formalaşdırılmasında birbaşa iştirak etmək imkanı yaradır. Radio Tənzimləmə Komitəsində təmsilçilik isə radiotezlik və peyk orbitlərinin tənzimlənməsi, radio spektrindən səmərəli istifadə və müvafiq beynəlxalq normativ çərçivənin təkmilləşdirilməsi proseslərində Azərbaycanın mövqeyinin və maraqlarının daha effektiv şəkildə təmsil olunmasına xidmət edəcək.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Noyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri