Ürək sağlamlığının sirri bu giləmeyvədə gizlənib
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Alimlərin araşdırmalarına görə, xüsusilə antosiyaninlərlə zəngin olan qara qarağat qan təzyiqinin tənzimlənməsinə, damarların elastikliyinin qorunmasına və qan dövranının yaxşılaşmasına kömək edə bilər.
Moderator.az “Daily Express” nəşrinə istinadən xəbər verir ki, Çiçester Universitetinin idman fiziologiyası professoru Mark Villemsin araşdırmalarında qara qarağat ekstraktının qəbulunun cəmi 4-7 gün ərzində arterial qan axınını yaxşılaşdıra bildiyi müəyyən edilib. Bəzi müşahidələrdə qan dövranının təxminən 45 faiz artdığı bildirilib.
Tədqiqatçıların diqqətini çəkən əsas komponentlərdən biri antosiyaninlərdir. Giləmeyvəyə tünd rəng verən bu maddələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Onlar qan damarlarının genişlənməsinə, damar divarlarının elastikliyinin qorunmasına və orqanlara qan axınının yaxşılaşmasına kömək edə bilər.
Qara qarağatın tərkibində ürək-damar sisteminin fəaliyyəti üçün vacib olan kalium da var. Bu mineral qan təzyiqinin tənzimlənməsində rol oynayır.
Araşdırmalara əsasən, qara qarağatın təsiri sağlam insanlarda nisbətən məhdud ola bilər. Lakin yüksək qan təzyiqi və damar problemləri olan şəxslərdə onun faydalı təsirləri daha nəzərəçarpan ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, qara qarağat sağlam qidalanmanın bir hissəsi kimi ürək-damar sistemini dəstəkləyə bilər. Bununla belə, giləmeyvə hipertoniya müalicəsini və həkim tərəfindən təyin olunan dərmanları əvəz etmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 16 Noyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















