Icma.az
close
up
RU
Ağdamda Tarixin yaddaşı, ilmələrin dili sərgisi açılıb

Ağdamda Tarixin yaddaşı, ilmələrin dili sərgisi açılıb

Icma.az, 525.az saytına istinadən bildirir.

Ağdam rayon Heydər Əliyev Mərkəzində Əməkdar rəssamı Adil Şıxəliyevin Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Tarixin Yaddaşı, İlmələrin Dili” adlı 5-ci fərdi yaradıcılıq sərgisi keçirilib.  

525.az xəbər verir ki, layihə rəhbəri Aygün Əzizova olan sərgidə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, Qalereyanın əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgi zamanı rəssamın əl işlərindən ibarət sənət əsərlərinə baxış keçirilib. 

Sərginin təşkilatçıları Mədəniyyət Nazirliyi, Ağdam Rayon İcra Hakimiyyəti, Ağdam rayon Heydər Əliyev Mərkəzi və Beynəlxalq Qalereyadır. Bu birgə təşəbbüs incəsənətimizin inkişafına, sənətkarlarımıza göstərilən diqqət və qayğıya nümunədir.

Açılış mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, Ağdam rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Namiq Həsənov və sərginin müəllifi, Əməkdar rəssam Adil Şixəliyev çıxış ediblər.

Vaqif Həsənov çıxışında qeyd edib ki, bütöv Ağdamda belə əhəmiyyətli mədəniyyət hadisəsinin keçirilməsi rayon üçün böyük şərəfdir. O, Ulu Öndər Heydər Əliyevin Ağdam rayonuna hər zaman xüsusi diqqət və qayğı göstərdiyini xatırladıb, bu sərginin də həmin qayğının davamı olduğunu vurğulayıb.

Elnurə İsgəndərova çıxışında qeyd edib ki, Beynəlxalq Qalereya olaraq əsas məqsədləri Azərbaycan incəsənətinin dünyada tanıdılması və sənətkarlarımıza dəstək olmaqdır. Adil Şıxəliyev kimi ustad rəssamların əsərlərinin təbliği onlar üçün şərəf işidir. O, bu sərginin həm Ağdamda, həm də beynəlxalq səviyyədə böyük əks-səda doğuracağına əminliyini ifadə edib.

Namiq Həsənov vurğulayıb ki, Ağdam rayon Heydər Əliyev Mərkəzi işğaldan azad olunmuş torpaqlarımızda mədəniyyət həyatının canlandırılması missiyasını daşıyır. Bu cür sərgilər Ağdamın mədəniyyət paytaxtı kimi əzəli simasının bərpasına xidmət edir. Ulu Öndərin adını daşıyan bu mərkəzdə onun xatirəsinə həsr olunmuş sərginin açılması tarixi bir hadisədir.

Əməkdar rəssam Adil Şıxəliyev çıxışında təşkilatçılara minnətdarlığını bildirib. O qeyd edib ki, qobelen sənəti onun üçün yalnız sənət deyil, həm də tarixi yaddaşın qorunması vasitəsidir. Ulu Öndərin obrazını ilmələrdə əks etdirmək onun üçün böyük şərəfdir. Rəssam vurğulayıb ki, hər bir əsər aylarla, bəzən illərlə işlənir və nəticədə yaranan əsər sadəcə tablo deyil, ruhun, hisslərin canlı təcəssümüdür.

Mərasimdə qeyd edilib ki, Adil Şıxəliyevin əsərləri Rusiya, Gürcüstan, Almaniya, Çexiya və Türkiyənin ən nüfuzlu sərgi salonlarında nümayiş olunub. Onun bu gün açılan 5-ci fərdi yaradıcılıq sərgisi davamlı yaradıcılıq axtarışlarının, inkişaf edən sənətkarlıq məktəbinin nümunəsidir.

Sərgidə rəssamın son dövrlərdə işlədiyi qobelen əsərlər nümayiş olunur. Hər bir əsər ilmə-ilmə işlənmiş, tarixin nəfəsini, mədəniyyətimizin zənginliyini, xalqımızın qəhrəmanlığını əks etdirən orijinal sənət nümunəsidir. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən əsərlər xüsusi yer tutur.

Şahanə Müşfiq

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Mart 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri