XRİTDX nin şəxsi heyəti Zəfər Gününü qeyd edib
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) şəxsi heyətin iştirakı ilə tədbirlər təşkil olunub.
Dövlət qurumundan XQ-ə verilən məlumata görə, Zəfər Günü çərçivəsində XRİTDX-nin şəxsi heyəti Hərbi Qənimətlər Parkına və Zəfər Muzeyini ziyarət ediblər. Şəxsi heyət burada Vətən müharibəsinin gedişini, Azərbaycan Ordusunun döyüş yolunu və tarixi Qələbənin əldə olunmasına aparan hadisələri əks etdirən ekspozisiyalarla tanış olub.
Eləcə də Xidmətin inzibati binasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan xalqının tarixi Qələbəsinin əldə olunmasında Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və arxa cəbhədə çalışan zabitlərin fədakarlığı xüsusi qeyd edilib. Dövlət Himninin səsləndirilməsindən və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Vətən müharibəsi və həmin dövrdə XRİTDX-in fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev çıxışında Zəfər Gününün müstəqil Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. O, bu Qələbənin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun döyüş əzmi sayəsində əldə olunduğunu vurğulayıb.
Çıxışda müasir dövrdə dövlətin müdafiə qabiliyyətinin yalnız hərbi güclə deyil, həm də etibarlı rabitə infrastrukturu, informasiya təhlükəsizliyi və kibertəhdidlərə qarşı dayanıqlı müdafiə mexanizmləri ilə müəyyən olunduğu diqqətə çatdırılıb.
Sonda qeyd olunub ki, Vətən müharibəsi dövründə XRİTDX tərəfindən həyata keçirilən operativ və mühüm fəaliyyət dövlətin xüsusi rabitə və informasiya təhlükəsizliyinin təmin olunmasında Xidmətin rolunu bir daha nümayiş etdirib. Zəfər Gününə həsr olunmuş tədbirlər xalqımızın tarixi Qələbəsinə ehtiramın, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin və Vətənə xidmət ənənələrinin yaşadılmasının ifadəsi olub.
Baxış sayı:131
Bu xəbər 07 Noyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















