Selcan Mahsudova hǝlledici mǝrhǝlǝdǝ
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çinin Nankin şǝhǝrindǝ keçirilǝn batut gimnastikası vǝ tamblinq üzrǝ 39-cu Dünya çempionatından sevindirici xǝbǝrlǝr gǝlmǝyǝ davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu gün batut gimnastikası üzrǝ qadınların fǝrdi proqramında yarımfinal mǝrhǝlǝsindǝ çıxış edǝn milli komandamızın üzvü Selcan Mahsudova uğurlu çıxışı ilǝ adını Dünya çempionatının finalçıları sırasına yazdırıb.
Gimnastımız yarımfinalda 56.140 xal toplayaraq 6-cı pillǝdǝn final mǝrhǝlǝsinǝ yüksǝlib vǝ dünyanın ǝn güclü batut gimnastları arasında medallar uğrunda mübarizǝ aparmaq hüququ qazanıb.
Selcan Mahsudovanın ǝldǝ etdiyi nǝticǝnin diqqǝtçǝkǝn mǝqamlarından biri dǝ onun Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Bryony Page-i 6 pillǝ qabaqlayaraq finala vǝsiqǝ qazanması olub.
Kişilǝrin fǝrdi proqramında ölkǝmizi tǝmsil edǝn Maqsud Mahsudov isǝ yarımfinal mǝrhǝlǝsindǝ 37.850 xal toplayaraq mübarizǝni 20-ci pillǝdǝ başa vurub.
Xatırladaq ki, Selcan Mahsudova vǝ Maqsud Mahsudov Dünya çempionatında qarışıq sinxron proqramda da uğurlu çıxış edǝrǝk final mǝrhǝlǝsinǝ yüksǝliblǝr. Belǝliklǝ, Selcan Mahsudova Nankindǝ hǝm fǝrdi, hǝm dǝ qarışıq sinxron proqramda final hǝyǝcanı yaşayacaq.
Dünya çempionatında Azǝrbaycan gimnastlarının mübarizǝsi davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 Noyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















