Ağdamın balaca sakinlərini SN nin həkimləri müayinədən keçirdi FOTOLAR
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən 23 yanvar tarixində “Qarabağa Qayıdış” Dövlət Proqramı çərçivəsində Ağdam rayonunda uşaqlar üçün kompleks səyyar tibbi müayinələr təşkil olunub.
Bakıvaxtı.az xəbər verir ki, tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan uşaqların sağlamlığının qorunması, vaxtında diaqnostika və profilaktik tədbirlərin aparılması, habelə regionda səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasıdır.
Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim heyəti tərəfindən Ağdam rayonunda ümumilikdə 200-ə uşaq kompleks müayinələrdən keçirilib. Müayinələr pediatr, uşaq kardioloqu, nevroloq, otorinolarinqoloq (LOR), oftalmoloq, USM həkimi və digər ixtisaslı həkimlər tərəfindən aparılıb. Uşaqlara aşağıdakı müayinə və prosedurlar həyata keçirilib:
- Ümumi kliniki müayinə və antropometrik ölçülər
- Ürəyin USM (exokardioqrafiya)
- Qarın boşluğu orqanlarının USM
- Görmə və eşitmə müayinələri
- Nevroloji statusun qiymətləndirilməsi
Səhiyyə Nazirliyi və institut tərəfindən həyata keçirilən bu tədbir “Böyük Qayıdış” prosesinin səhiyyə komponentinin gücləndirilməsinə xidmət edir və gələcəkdə digər rayonlarda da analoji aksiyaların keçirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 23 Yanvar 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















