Icma.az
close
up
RU
Çanaqqala zəfərinin qazanılmasında, Türkiyə Cümhuriyyətinin qurulmasında Azərbaycanın payı var

Çanaqqala zəfərinin qazanılmasında, Türkiyə Cümhuriyyətinin qurulmasında Azərbaycanın payı var

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Çanaqqala Döyüşü Birinci Dünya Müharibəsi zamanı 1915-1916-cı illər arasında Gelibolu yarımadasında Osmanlı İmperiyası ilə Müttəfiq Dövlətlər arasında aparılan dəniz və quru döyüşləri idi. Müttəfiq dövlətlər Osmanlı İmperatorluğunun paytaxtı İstanbulu ələ keçirərək Boğaziçi və Çanaqqala boğazlarına nəzarəti ələ keçirmək, Rusiya ilə təhlükəsiz qida və hərbi təchizat yolu açmaq, paytaxt İstanbulu ələ keçirərək Almaniyanın müttəfiqlərindən birini müharibədən çıxararaq, Mərkəzi Gücləri zəiflətmək məqsədi ilə ilk hədəf olaraq Çanaqqala boğazını seçmişdilər. Lakin onların hücumları uğursuz oldu və onlar geri çəkilməyə məcbur oldular. Quru və dəniz müharibəsi nəticəsində hər iki tərəf böyük itkilər verdi. Birinci Dünya Müharibəsi zamanı Gelibolu döyüşündə gedən mübarizə zamanı türk dünyasının hər yerindən çoxlu insan türk qardaşlarına dəstək olmaq üçün Çanaqqalaya gəlmişdi. Minlərlə Azərbaycan türkünün könüllü olaraq müharibəyə qatıldığı da məlumdur. Mənbələrə görə, 18 mart 1915-ci ildə Gelibolu döyüşündə türklük, islam və vətən uğrunda şəhid olan 253 min Mehmetçik (türk əsgəri) ilə yanaşı, 3 min Azərbaycan türkü də şəhid olub. Burada şəhid olanlar və ya qazi olanlar Anadolunun bu guşəsinə heç bir öhdəliyi olmasa da saf qardaşlıq duyğuları ilə gəliblər. Bu savaşda Azərbaycan türklərinin nümayiş etdirdiyi emosional-mənəvi bütövlük və həmrəylik ruhu son dərəcə əhəmiyyətlidir.

Türklər və Azərbaycan türkləri tarix boyu bir yerdə olan iki millət olub. Türk milləti hər zaman tərəddüd etmədən, sorğu-sual etmədən bir-birinin köməyinə qaçıb. Heydər Əliyev "Biz həmişə bir millət, iki dövlət olmuşuq. Qardaş olmuşuq" deyirdi. Bu gün də bu qardaşlıq, dostluq daha yüksək səviyyədə inkşaf edir. Bu qardaşlıq, özünü İkinci Qarabağ müharibəsi zamanı da bariz şəkildə göstərdi.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 18 mart 1915-ci ildə qazanılan Çanaqqala zəfəri Türk tarixinin ən mühüm zəfərləri sırasında yer alır və bu qələbə təkcə Türkiyənin deyil, bütün Türk dünyasının bu günlərdə əldə etmək istədiyi birlik və həmrəyliyin o zaman meydanda əksidir.

Kərəm Qarabulud

“Çanaqqala Şəhidliyində Türk ölkələrinin şəhidləri bir yerdə yatır. Bu şəhidlər arasında 3 minə yaxın azərbaycanlı şəhid var. Azərbaycan tarixin hər dövründə olduğu kimi Çanaqqala savaşında da Türkiyəyə verdiyi dəstək və çəkdiyi şəhidlərlə türk torpaqlarının keçilməzliyinin ortağı və hamisi olduğunu göstərdi. Bu çərçivədə Türkiyədə Çanaqqala şəhidlərinin xatirəsinə abidə ucaldılıb.

Daha bir maraqlı təsadüf odur ki, Çanaqqalada şəhid olan Azərbaycan əsgərlərinin sayı Qarabağda şəhid olanların sayı ilə eynidir. Bu, 1915-ci ildə “iki dövlət, bir millət” olmaq obrazıdır. Əslində Azərbaycanın bu dəstəyi o dövrdə Cümhuriyyətin təməlinin qoyulmasında Azərbaycanın oynadığı rolunu da ortaya qoyur. Çünki bu dəstək Türkiyənin Qurtuluş Savaşı dövründə də davam etmiş və Cümhuriyyətin qurulması zamanı Azərbaycana ciddi dəstək vermişdi. Burada tarixdə baş verən hadisələr 2020-ci ildə Qarabağ Şəhidlərinin qüdrəti ilə birləşərək bir daha türk torpağının azad edilməsinə səbəb oldu. Bu səbəbdən həm Çanaqqala, həm də Qarabağ Türk torpaqlarının keçilməz olduğunu, Türkiyə ilə Azərbaycanın iki dost və qardaş türk dövləti olduğunu, heç bir zaman ayrılmayacaqlarını göstərdi. Yaşasın, Çanaqqalanın ruhu! Yaşasın, Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi!”-deyə Kərəm Qarabulud qeyd edib.

P.S. "Azərbaycan-Türkiyə münasibətləri son dövrlərdə öz ən yüksək səviyyəsini yaşayır", desək yanılmarıq. Hər iki ölkənin başçısı dostluq və qardaşlıq münasibətlərini bütün dünyaya nümayiş etdirir. Bu dostluq, bur qardaşlıq isə böyük Türk dünyasının təməlinin qoyulması üçün çox önəmlidir.

Türkiyə Azərbaycana hər zaman dəstək göstərib, eləcə də Türkiyənin ən çətin günlərində ilk addım atan Azərbaycan olub. Azərbaycanın yerləşdiyi məkan strateji baxımdan bütün dünya üçün çox böyük əhəmyyət kəsb edir. Yəni demək olar ki, bütün savaşlardan üzüağ çıxan iki millət hələ bundan sonra uzun illər bu dostluğa sadiq qalacaq.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Mart 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri