Icma.az
close
up
RU
Ağdamın işğaldan azad edilməsindən 4 il ötür

Ağdamın işğaldan azad edilməsindən 4 il ötür

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günüdür

Ağdamın işğaldan azad edilməsindən 4 il ötür. AYNA xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da başa çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatın 2-ci bəndinə əsasən, Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi 20 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına qaytarılıb. Bununla da, Ağdamın 27 illik işğalına son qoyulub.

Bəyanatın 6-cı bəndinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib. Azərbaycan Ağdamın, eləcə də Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev 20 noyabr 2020-ci ildə xalqa müraciət edib. Prezident müraciətində Ağdam rayonunun işğaldan azad olunmasının noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirib. Ağdam rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandıran dövlət başçısı rayonun 73 faizinin 27 il işğal altında qaldığını qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günüdür.

Qeyd edək ki, Ağdamın işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Ağdamın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Ağdamın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Ağdam şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib. 2001-ci ildə işğal altında olan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal dağıdılmış məscidin minarəsindən ziyarət edərkən dağıntıların miqyasına görə, Ağdamı 1945-ci ildə ABŞ-ın atom bombası atması nəticəsində dağılmış Yaponiyanın Xirosima şəhərinə bənzədib. Bundan sonra Ağdam “Qafqazın Xirosiması” adlandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://ayna.az
archiveBu xəbər 20 Noyabr 2024 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see137

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see135

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see131

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see130

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see128

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see127

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see122

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see121

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see121

Zelenski mayın 9 da hara gedəcək?

17 Aprel 2025 12:36see121

Məşhur plastik cərrahlara QADAĞA Siyahıda yoxdular ARAŞDIRMA

17 Aprel 2025 15:03see120

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see116

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see115

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı VİDEO KONKRET

17 Aprel 2025 09:52see115

Deputat erməni əsilli şəxslərin məhkəməsində ifadə verdi

17 Aprel 2025 21:53see115

Tramp Baydenin tənqidlərinə cavab verib

17 Aprel 2025 00:32see113

Qəzzadan təcili humanitar yardım çağırışı

18 Aprel 2025 05:33see113

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib

17 Aprel 2025 20:25see113

Azərbaycan çempionatında möhtəşəm qol Video

18 Aprel 2025 18:24see112

Çayların həcmində artım davam edir

17 Aprel 2025 11:22see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri