Icma.az
close
up
RU
Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri doğma sakinlərini qoynuna almağa hazırlaşır FOTO AZƏRTAC

Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri doğma sakinlərini qoynuna almağa hazırlaşır FOTO AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağdam, 22 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün yenidən qurulur. Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhəri ilə yanaşı Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində də genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində isə 719 fərdi yaşayış evi inşa edilir. Qeyd edilən hər 3 kənddə fərdi yaşayış evləri ilə yanaşı məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, Ailə Sağlamlıq mərkəzləri, emalatxanalar, çoxfunksiyalı binalar və digər iaşə obyektləri də tikilir. Bu 3 kəndə yaxın vaxtlarda ilk köç planlaşdırılır.

Kəngərli kəndi

Kəngərli kəndində inşa edilən fərdi yaşayış evlərində daxili tamamlama və xarici bəzək işləri davam edir. Evlərdə Günəş panellərinin, həyətyanı sahələrdə tamet və hasarın quraşdırılması işləri aparılır. Su, qaz və kanalizasiya xəttinin çəkilməsi yekunlaşıb, ev birləşməsi işləri davam edir. Eyni zamanda, kanalizasiya və rabitə quyularının, kabellərin quraşdırılması işləri də görülür. Həmçinin kənddə inşa edilən məktəbin dəmir-beton və daxili bəzək işləri icra edilir. Uşaq bağçasında dəmir-beton işləri yerinə yetirilib, daxili bəzək işləri aparılır. Kəngərli kəndində inşa edilən məktəb 2 mərtəbəli və 484 şagird yerlik, uşaq bağçası isə 120 yerlik olacaq. Çoxfunsksiyalı bina, bazar kompleksi və tibb məntəqəsində də dəmir-beton işləri yekunlaşıb.

Sarıcalı kəndi

Sarıcalı kəndində həyətyanı landşaft işləri də yerinə yetiriləcək. Məktəb və bağçanın inşasında dəmir-beton hörgü və bəzək işləri davam edir. Sarıcalı kəndində inşa edilməkdə olan iki mərtəbəli məktəb 360 şagird yerlik, ikimərtəbəli uşaq bağçası isə 100 yerlikdir. Bazar kompleksi və Tibb məntəqəsində dəmir-beton işləri yerinə yetirilib. Kənddə su xətinin çəkilişi yekunlaşıb. Qaz və kanalizasiya xətlərinin çəkilməsi uşləri davam edir. Evlərə çıxış xətlərinin, kabellərin quraşdırılması və rabitə quyularının quraşdırılması işləri bitmək üzrədir.

Xıdırlı kəndi

Xıdırlı kəndində inşa edilən fərdi yaşayış evlərində daxili tamamlama işləri davam edir. 528 yerlik məktəb binasında artıq son tamamlanma işləri aparılır. Bu məktəb Qırğızıstan tərəfindən inşa edilir. İki yerüstü və bir yeraltı mərtəbədən ibarət olacaq binada 22 kabinet yaradılacaq. Məktəbdə, həmçinin idman və akt zalları, 2 əmək kabineti, kitabxana, fizika, kimya və biologiya laboratoriyaları, 2 informatika kabineti, ilkin hərbi hazırlıq kabineti istifadəyə veriləcək. Həmçinin Xıdırlıda da 120 yerlik uşaq bağçası inşa edilir. Klub İcma Mərkəzi, məişət xidmət obyekti və çoxfunksiyalı binanın inşasında dəmir-beton işləri yerinə yetirilib, daxili və xarici bəzək işləri davam edir. Su, qaz və kanalizasiya xəttinin çəkilməsi, ev birləşməsi işləri davam edir. Həyətyanı kanalizasiya xətti və yağış suları kanalizasiyasının tikintisi, evlərə çıxış xətlərin verilməsi, kabellərin çəkilməsi və rabitə quyularının quraşdırılması işləri də yerinə yetirilib.

Mühəndis Şaiq Məmmədov isə bildirib ki, Xıdırlı kəndinin tikintisi artıq yekunlaşmaq üzrədir. Kənddə inşa edilən 719 fərdi evin bir qismində işlər tam bitib, digərlərində son tamamlama, interyer işləri aparılır. Kənddaxili yolların yaxın günlərdə asfaltlanması nəzərdə tutulur. Kənddə elektrik dirəklərindən istifadə olunmayıb, bütün xətlər yeraltı çəkilib. Evlər inşa olunarkən yüksək keyfiyyətli materiallardan, istilik izolyasiyasından istifadə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see129

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see125

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri