Ağdamın azadlığı tarixi ədalətin təntənəsidir ŞƏRH
Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpasını, milli qürurun və dövlətimizin qüdrətini təcəssüm etdirən əlamətdar günlərdən biridir. Bu tarix Ağdamın uzun illər davam edən işğaldan azad olunmasını, şəhərin yenidən dirçəldilməsi istiqamətində başlanan genişmiqyaslı quruculuq işlərini və Qarabağda yeni həyatın formalaşmasını özündə ehtiva edir. Ağdamın azadlığı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması yolunda əldə edilmiş mühüm tarixi nailiyyətlərdən biridir.
Ağdam rayonu 1930-cu ildə yaradılmışdır. Qarabağın mühüm yaşayış məntəqələrindən biri olan Ağdam tarixən zəngin mədəniyyəti, qədim tarixi, iqtisadi potensialı və strateji mövqeyi ilə seçilmişdir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Ağdam şəhəri 1993-cü il iyulun 23-də işğal edilmişdir. İşğal dövründə şəhərin yaşayış binaları, tarixi-mədəni abidələri, məktəbləri, xəstəxanaları və digər infrastrukturu dağıdılmış, şəhər xarabalığa çevrilmişdir
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamın gələcək taleyi ilə bağlı qətiyyətli mövqeyini dəfələrlə ifadə etmişdir. Dövlət başçısının “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan Ordusunun rəşadəti, xalqımızın birliyi və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri noyabrın 20-də Ağdam rayonunu Azərbaycana qaytardı.
Ağdamın azad olunması ilə şəhərin qarşısında yeni inkişaf və quruculuq mərhələsi açıldı. Prezident İlham Əliyev 2020-ci il noyabrın 23-də Ağdam şəhərinə səfər edərək burada Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçısı dağıdılmış Ağdam Cümə məscidini ziyarət etdi. Bu səfər şəhərin yenidən qurulması istiqamətində həyata keçiriləcək işlərin başlanğıcının rəmzinə çevrildi. Ağdamda üçrəngli bayrağımızın ucaldılması Azərbaycanın tarixi torpaqlarına qayıdışının, dövlət suverenliyinin və milli qürurunun təntənəsi idi.
Ağdamın bərpası dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi Ağdamın dirçəlişi yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmır, həm də şəhərin tarixi və mədəni irsinin bərpasını əhatə edir. Bu baxımdan İmarət Kompleksinin yenidən qurulması xüsusi əhəmiyyətə malikdir. Kompleks Qarabağ xanlığının tarixi ilə bağlı mühüm mədəni irs nümunəsidir. Burada aparılan bərpa işləri Azərbaycanın tarixi yaddaşının qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Ağdamın mədəni həyatının canlandırılması istiqamətində Muğam Mərkəzinin yaradılması da şəhərin zəngin musiqi ənənələrinin yaşadılması baxımından mühüm addımdır.
2025-ci il iyulun 3-də Ağdamda həyata keçirilən layihələr beynəlxalq əməkdaşlığın və Azərbaycanın regional nüfuzunun göstəricisinə çevrildi. Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin birinci mərhələsinin açılışında iştirak etdilər. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı İmarət Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izlədilər. Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şahbulaq qalasına səfəri isə Ağdamın tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından əlamətdar hadisə oldu. Bu tədbirlər azad edilmiş ərazilərin yalnız quruculuq məkanı deyil, həm də beynəlxalq əməkdaşlıq və mədəni dialoq ünvanı olduğunu nümayiş etdirdi.
Ağdamda bərpa-quruculuq işləri 2026-cı ildə də ardıcıl şəkildə davam etdirilir. Noyabrın 7-də Prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq keçirildi. Eyni zamanda, ortopedik döşək istehsalı müəssisəsinin və Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışı oldu. Dövlət başçısı Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə də tanış oldu. Bu layihələr şəhərin sənaye potensialının artırılması, yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı və əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Ağdam Azərbaycanın Böyük Qayıdış strategiyasının əsas mərkəzlərindən biri kimi inkişaf edir. İşğal dövründə xarabalığa çevrilmiş şəhərdə müasir yaşayış məhəllələri, sosial obyektlər, istehsal müəssisələri və nəqliyyat infrastrukturu yaradılır. Məqsəd keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və layiqli qayıdışını təmin etmək, Ağdamı müasir, dayanıqlı və iqtisadi cəhətdən güclü şəhərə çevirməkdir. Ağdamda aparılan işlər dövlətimizin uzunmüddətli inkişaf strategiyasının, iqtisadi gücünün və xalqımızın qurub-yaratmaq əzminin ifadəsidir.
20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının Zəfər tarixinin mühüm səhifələrindən biridir. Bu gün biz Ağdamın işğaldan azad edilməsini, şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi nailiyyətləri böyük qürur hissi ilə qeyd edirik. Ağdamın yenidən qurulması Azərbaycan xalqının iradəsinin, birliyinin və əzminin təcəssümüdür. Bir zamanlar dağıdılmış və viran qoyulmuş şəhər bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Ağdam artıq yalnız keçmişin ağrılı xatirəsi deyil, Azərbaycanın Zəfərinin, quruculuğunun və gələcəyə inamının rəmzidir.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 17 Noyabr 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















