Icma.az
close
up
RU
Ağdaş sakini rəsmi qurumları İTTİHAM EDİR Bu üç qurum rayonda sözün əsl mənasında at oynadırlar , insanları diri diri öldürürlər

Ağdaş sakini rəsmi qurumları İTTİHAM EDİR Bu üç qurum rayonda sözün əsl mənasında at oynadırlar , insanları diri diri öldürürlər

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağdaş rayonu, Üzeyir Hacıbəyov küçəsi 17 sakini Məlikov Qorxmaz Ağasaleh oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş şöbəsinin rəisi  Mahir Əliyev, Ağdaş Notariusu və Ağdaş Rayon Bələdiyyəsi tərəfindən haqsızlığa məruz qalıb:

“Mən, Məlikov Qorxmaz Ağasaleh oğlu, yazaraq xahiş edirəm ki, müraciətimi dərc edəsiniz. 

Qeyd edim ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin, şəxsən Ağdaş şöbəsinin rəisi Mahir Əliyev, Ağdaş notariusu və bələdiyyəsi tərəfindən haqsızlığa məruz qalan sadə bir vətəndaşam. Bu üç qurum rayonda sözün əsl mənasında "at oynadırlar", insanları diri-diri öldürürlər. Elə mən də haqsızlığa məruz qalmış vətəndaşlardan biriyəm.

2023-cü ilin noyabr-dekabr aylarında Ağdaş Rayon Notariusunda mənim adımdan vərəsəlik açılıb. O vaxtdan 2025-ci ilin martına qədər mənim başıma elə oyunlar açdılar ki, sadəcə deyiləsi deyil. Təsəvvür edin, ata-ananın dörd övladıyıq, kiçik oğul mənəm...

Bu müddət ərzində Ağdaş, Yevlax, Göyçay yollarında qaldım. Bütün nazirliklərə, Respublika Prokurorluğuna, Ədliyyə nazirinə 3-4 şikayət məktubu göndərdim. Onlar nə etdilər? Şikayətlərimi baxılması üçün bu qurumların üstünə göndərdilər. Nəticədə şikayətlərim bu rüşvətxorlar tərəfindən ört-bastır edildi və edilməkdə davam edir.

Ən maraqlısı budur ki, 2023-cü ildə vərəsəlik açılıb, 2 ay qabaq sözügedən 3 qurum 16 sot həyəti bölüb, çıxarış veriblər. Bunu da məndən 2025-in mart ayına kimi gizlədiblər. Yəni həyət, mülk 4 övlad arasında bğlünməyib, 2 övlada verilib.

Ədliyyə Nazirliyidən mənə cavab verilir ki, biz sizə və digər bacı-qardaşlarınıza bərabər hüquqlu şəhadətnamə vermişik. Doğru deyirlər. Həmin şəhadətnaməni mən əldə etmişəm. Təsəvvür edin, nazirlik övladlara bərabər şəhadətnamə verir, reyster idarəsi, Ağdaş notariusu öz bildiyini edir. Nəyin müqabilində? Əlbəttə, rüşvətin.

Ən axırda Ağdaş Rayon İcra Hakimiyyətinə bütün sənədləri göndərdim, ölçü götürülməyini xahiş etdim. Hətta icra başçısı ilə şəxsi görüş istədim, mane oldular. 

Artıq şikayətlərə qətiyyən cavab vermirlər. Çünki haqsızdırlar. Biz dövlət içində dövlətik deyən Mahir Əliyev, notarius, Göyçay Regional İdarəsi şikayətlərə baxmırlar, hətta bütün şikayətləri ört-basdır edirlər. Sizcə, bu qanunsuzluq, rüşvətxorluq, özbaşınalıq öz həllini tapacaqmı? Əldə etdiyim sənədlərlə bu özbaşınalıqları istənilən qurumun qarşısında sübut etməyə hazıram. 

Mən sizin sayt və qəzet vasitəsilə səlahiyyətli qurumlardan kömək istəyirəm. Xahiş edirəm, bu özbaşınalıqlara son qoyulsun. Vətəndaşları bəzi qurumlardan soyutmayın. İnamımızı itirməyin". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Sentyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri