Ağdaşda internet xətlərini kəsərək oğurlayan şəxslər saxlanılıblar Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Ağdaş rayonunda dəyəri 7 min manat olan internet xətləri kəsilərək naməlum şəraitdə oğurlanıb.
BAKU.WS-in xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Teyfur Həsənov, Rəfi Cabbarov və Vahid Kərimov saxlanılıblar. Onlar oğurladıqları naqilləri mis halında əlvan metal qəbulu məntəqələrinə satıblar.
Araşdırmalarla saxlanılanların rayon ərazisində iribuynuzlu heyvan oğurladıqları da müəyyən edilib.
Keçirilən digər tədbir zamanı isə müştəri qismində mağazalara daxil olaraq oradan oğurluq edən, əvvəllər məhkum olunmuş Elvin Zamanlı da saxlanılıb. Onun ətraf rayonlarda da marketlərdən oğurluq etdiyi məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 21 Yanvar 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















