Ağdaşda velosipedçini vuran vəzifəli şəxs imiş Foto
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az-ın əldə etdiyi xəbərə görə, hadisəni törədən Emil Məmmədzadə Astara Gənclər Evinin direktorudur.
Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Ağdaş rayonu, Pirəyir kəndi ərazisində baş verib.
E.Məmmədzadə idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub.
İşıqlandırma cihazı olmayan velosipedlə sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan yolda hərəkət edən V.Həbilov zərbənin təsirindən yolun hərəkət hissəsinə düşüb və arxadan gələn "Mercedes" markalı avtomobil onun üzərindən keçib.
Velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Məlumata görə 62 yaşlı V.Həbilovun velosiped idarə etmək üzrə vərdişləri olmayıb, lakin o, həmin gün ilk dəfə işə çıxdığı müəssisədən evə qayıtmaq üçün velosiped götürüb.
Baxış sayı:77
Bu xəbər 23 Noyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















