Qurban Qurbanov 900 cü oyununu keçirdi
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XII turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
“Kəpəz”lə görüş təcrübəli mütəxəssisin baş məşqçi karyerasında ümumilikdə 900-cü, “Qarabağ”da isə 850-ci oyun kimi tarixə düşüb. O, indiki klubundan başqa "Neftçi"də 38, Azərbaycan millisində 12 matçda iş başında olub.
Qurbanovun karyerasındakı 900 görüşdən 598-i Premyer Liqada, 88-i ölkə kubokunda, 202-si avrokuboklarda baş tutub. Millidəki 12 qarşılaşma da nəzərə alınmaqla, onun komandaları 520 qələbə qazanıb, 208 heç-heçə edib və 172 dəfə uduzub.
“Qarabağ”dakı 850 qarşılaşmadan 570-i Premyer Liqa, 80-i kubok, 200-ü qitə kuboklarına təsadüf edib. Bu matçlarda 491 qələbə, 197 heç-heçə və 162 məğlubiyyət qeydə alınıb.
Qeyd edək ki, iki turdan sonra Premyer Liqada 600-cü matçına çıxacaq mütəxəssisin həm karyerasında, həm də indiki klubunda debütü də bu turnirə təsadüf edib. 2006-cı il avqustun 6-da “Neftçi”nin “sükanı arxası”nda “Gənclərbirliyi” ilə ev qarşılaşmasında (6:1) debüt edən Qurbanov 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər matçında (2:1) “Qarabağ”ı ilk sınağa çıxarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Noyabr 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















