Icma.az
close
up
RU
Ağdaşda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32ci ildönümü qeyd olunub

Ağdaşda Yeni Azərbaycan Partiyasının yaradılmasının 32ci ildönümü qeyd olunub

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə YAP Ağdaş rayon təşkilatının fəalları partiyamızın banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, daha sonra ağacəkmə aksiyasında iştirak ediblər.

Ağdaş Rayon İcra Hakimiyyətinin Başçısı Orxan Hüseynzadə və YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov partiya fəalları ilə səmimi söhbət edib, Yeni Azərbaycan Partiyasının yaranmasından və keçdiyi tarixi Zəfər yolundan danışıblar. Qeyd olunub ki, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası 32 il ərzində çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Hər zaman ölkəmizdə gedən proseslərin mərkəzində olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.

Ümummilli lider Heydər Əliyev 20-ci əsrin sonu - 21-ci əsrin əvvəllərində Azərbaycanı qloballaşan dünyada suveren dövlət kimi formalaşdırmış, milli mənafelərinin reallaşmasının fundamental əsasını qoymuş, mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişafı üçün hər cür şərait yaratmışdır.

Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində Vətən müharibəsindəki tarixi Qələbəmizlə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilmiş, xalqın milli qüruru özünə qaytarılmış, dünyada yeni reallıqlar yaradılmışdır. Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifə bu nailiyyətləri göz bəbəyi kimi qorumaq, ümummilli lider Heydər Əliyev ideyasına sədaqətlə xidmət etməkdir. 

Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ağacəkmə aksiyasında iştirak edən partiya fəalları rayonun Heydər parkında müxtəlif növ ağac tingləri  əkib, yaşıllıqlara aqrotexniki qulluq göstərbilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see472

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see242

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see220

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see205

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see188

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see183

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see164

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see159

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see158

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see154

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see152

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see149

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see143

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see141

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see134

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri