Icma.az
close
up
RU
Goranboyda Yeni Azərbaycan Partiyasının 32ci ildönümü qeyd olunub

Goranboyda Yeni Azərbaycan Partiyasının 32ci ildönümü qeyd olunub

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Goranboy şəhərində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini dərin hörmətlə anıblar.Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Ardınca Yeni Azərbaycan Partiyasının tarixinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev YAP-ın yaradılmasının Azərbaycanın ictimai-siyasi həyatında yeni bir dövrün başlanğıcı olduğunu vurğulayıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin və cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası ötən dövrdə zəngin və şərəfli bir inkişaf yolu keçmiş, ölkənin siyasi həyatında, demokratik inkişafında mühüm rol oynamışdır.
Çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, partiyanın yaradılması Azərbaycan tarixində mühüm bir mərhələdir. Samir Qocayev Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin yaratdığı, hazırda isə Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə sıx bağlı olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Bədəl Bədəlov tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə təbrik edib. Bədəl Bədəlov, 1990-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyəti xatırladaraq, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış Yeni Azərbaycan Partiyasının Azərbaycanın xaos və anarxiyadan çıxarılmasında, vətəndaş müharibəsinin dayandırılmasında oynadığı mühüm rolu vurğulayıb.
Partiya veteranı Kəmalə Axundova Vətən müharibəsi zamanı tarixi Qələbənin əldə edilməsində Yeni Azərbaycan Partiyasının ideoloji istiqamətdə apardığı fəaliyyətin önəmini xüsusi qeyd edib.
Daha sonra YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri verilib. Həmçinin, partiya veteranları YAP Goranboy rayon təşkilatı tərəfindən Fəxri fərmanlarla təltif olunub.
Bədii hissəsi ilə davam etdirilən tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri