Icma.az
close
up
RU
Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır

Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının müasir tarixində əlamətdar hadisələrdən biri 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunmasıdır. Prezident cənab İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən bu günün təsis edilməsi, Azərbaycan xalqının otuz ildən artıq müddətdə yaşadığı həsrətin sonu, milli qürur və qələbə rəmzi kimi mühüm tarixi hadisədir. Bu günün qeyd olunması, eyni zamanda, dövlətçilik ənənələrinin möhkəmlənməsi, milli birliyin güclənməsi və işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş miqyas almasının bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan parlaq qələbə, işğal altında olan torpaqlarımızın azad edilməsinə və tarixi ədalətin bərpasına gətirib çıxardı. 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. Dövlət başçısı həmin gün çıxışında qeyd edirdi:

"Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm… Mən verdiyim bütün vədləri yerinə yetirdim. Azərbaycan xalqı uzun illərdir bu günü gözləyirdi və şükürlər olsun ki, biz bu tarixi anı birlikdə yaşadıq.”

Bu hadisə yalnız dövlətçilik tariximizin deyil, eyni zamanda bütün regionun gələcək inkişafının təməl daşlarından biri hesab olunur. Çünki Xankəndi və digər işğaldan azad edilmiş şəhərlərin yenidən qurulması, Qarabağın sosial-iqtisadi, mədəni və siyasi həyatının canlanmasına böyük töhfə verir.

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramı həyata keçirir. Bu istiqamətdə görülən işlər həm strateji, həm də sosial əhəmiyyət kəsb edir. 2023-cü ilin noyabrında Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Xankəndidə "Qarabağ Universiteti”nin yaradılması, bölgədə yüksəkixtisaslı kadrların hazırlanması üçün mühüm addımdır. Bundan əlavə, Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması, tarixi-coğrafi ədalətin bərpası baxımından xüsusi önəm daşıyır.

İşğaldan azad olunmuş şəhərlərdə müasir infrastrukturun qurulması, yolların, məktəblərin, səhiyyə müəssisələrinin və idman obyektlərinin istifadəyə verilməsi, Qarabağın gələcək inkişafını təmin edən vacib faktorlar sırasındadır. Xankəndidə Konqres Mərkəzinin, yeni otellərin, Zəfər parkının və digər mühüm obyektlərin açılışı Azərbaycanın güclü iradəsinin və sistemli inkişaf strategiyasının göstəricisidir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə yalnız coğrafi məkan deyil, həm də Azərbaycan xalqının tarixində mühüm mədəniyyət ocaqlarıdır. Xocalı soyqırımının xatirəsinin əbədiləşdirilməsi məqsədilə memorial kompleksinin təməlqoyma mərasimi, həm tarixi ədalətin bərpasına xidmət edir, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verir.

Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu torpaqlara səfərləri, müxtəlif sosial layihələrin açılışında iştirakı həm dövlətin diqqətini, həm də xalqın mənəvi birliyini ifadə edir. Xocalı, Xocavənd və Ağdərədə həyata keçirilən tədbirlər, bölgənin tarix boyu Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunu sübut edir.

Qarabağın işğaldan azad olunması və həmin ərazilərdə bərpa işlərinin aparılması yalnız Azərbaycanın milli maraqlarına deyil, həm də regional sabitlik və təhlükəsizliyə xidmət edir. 2025-ci ildə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün keçirilməsi, Qarabağın beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Bu, həm də Azərbaycanın regionda lider dövlət kimi mövqeyini möhkəmləndirən mühüm amildir.

Azərbaycanın həyata keçirdiyi bərpa siyasəti, qonşu ölkələrlə əməkdaşlığın inkişafı və yeni nəqliyyat-logistika layihələri Qarabağın beynəlxalq iqtisadi məkanla inteqrasiyasına şərait yaradır.

20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis edilməsi, Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi olmuşdur. Bu gün, təkcə hərbi qələbənin deyil, həm də bərpa, inkişaf və milli birliyin simvoludur. Azərbaycan xalqı bu torpaqlarda həyatın bərpası ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli kimliyin qorunmasına və gələcək nəsillərə güclü dövlət mirasının ötürülməsinə nail olur.

Əldə olunan Zəfər və görülən quruculuq işləri göstərir ki, Azərbaycan dövləti öz güclü iradəsi, iqtisadi potensialı və milli həmrəyliyi ilə həm tarixini, həm də gələcəyini formalaşdırmaqdadır.

Ayna Novruzova, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Sentyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see277

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see245

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see214

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see210

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see208

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see203

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see188

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see187

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see167

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see167

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see163

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see162

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see158

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see156

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see156

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see155

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see153

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see146

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri