Ağdərədə sümük qalıqları aşkarlandı İtkin düşmüş ailə ola bilər
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən sümük qalıqları aşkar edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qalıqlar kənd sakini Bəxtiyar Əsgərov tərəfindən ailəsinə məxsus həyət evində aparılan axtarışlar zamanı tapılıb.
İlkin ehtimallara əsasən, sümük fraqmentləri 1992-ci ildə itkin düşmüş Qəribovlar ailəsinin üzvlərinə aid ola bilər.
Qeyd edək ki, 1992-ci il martın 12-də Baş Güney kəndinin işğalı zamanı ailənin beş üzvü – Balay Qəribov, həyat yoldaşı Saray İsmayılova, qızları Zabilə və Ramilə Ələsgərovalar, eləcə də, nəvəsi Nərgiz Xudaverdiyeva itkin düşüb. Həmin şəxslərin taleyi ilə bağlı indiyədək dəqiq məlumat əldə olunmayıb.
Ailənin yeganə sağ qalan üzvü olan Bəxtiyar Əsgərov uzun illərdir yaxınlarının aqibətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır.
Aşkarlanan sümük qalıqları aidiyyəti qurumlar tərəfindən götürülərək ekspertizaya təqdim olunub. Qalıqların kimə məxsus olduğu məhkəmə-tibbi və DNT ekspertizalarının nəticələrindən sonra dəqiqləşəcək.
Ziya Əmirxanlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:210
Bu xəbər 30 May 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















