Ağdərənin dörd kəndinə qayıdan ailələrə mənzillərin açarları təqdim edildi FOTO
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, rayon mərkəzində Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə qayıdan sakinlərin qarşılanma mərasimi keçirilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Heyvalı, Çapar və Çıldıran kəndlərinə qayıdan ailələrə mənzillərin açarları təqdim olunub.
Aşağı Oratağa qayıdan sakinlərə isə mənzillərin açarları kənddə təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 Yanvar 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















