Agentlik: Azad edilmiş ərazilərdə bərpaolunan enerji layihələri üzrə işlər intensiv aparılır
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cəbrayıl rayonundakı "Şəfəq" Günəş Elektrik Stansiyaları ilə bağlı bütün mobilizasiya işləri başa çatdırılıb və tikintiyə başlanılıb.
"APA-Economics" xəbər verir, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.
"Cəbrayılda BP şirkəti ilə birgə həyata keçirilən 240 meqavat gücündə "Şəfəq" GES ərazisində artıq bütün mobilizasiya işləri başa çatıb və tikinti işlərinə start verilib", - Cavid Abdullayev qeyd edib.
O əlavə edib ki, eyni zamanda, Cəbrayıl rayonunda hər biri 50 meqavat olmaqla "Şəms" və "Üfüq" stansiyaları ilə bağlı mobilizasiya işləri yekunlaşıb və bu layihələr üzrə işlər intensiv şəkildə davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















