Agentlik bu qəzetlərə pul verə bilmədi
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Enerji Məsələlərini Tənzimləmə Agentliyi" publik hüquqi şəxsi qəzetlərə 2025-ci ilin 12 aylıq abunə xidməti ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Qeyd olunub ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin ümumi dəyəri 2 533 AZN olub. Buraya "Azərbaycan", "Xalq", "Respublika", "Yeni Azərbaycan", "Səs" və "Bakinskiy Raboçiy" qəzetləri daxil olub.
Cabir Həsənov

Azərbaycan Dövlət Aqrar Universiteti qəzetlərə pul verə bilmədi
10 Mart 2025 11:28
Agentlik məlumat yaydı
07 Dekabr 2024 12:03
Bu quruma agentlik statusu verildi
12 Fevral 2025 18:38
Agentlik rəhbərindən yeni təyinat
28 Fevral 2025 11:44
Agentlik rəhbəri vəzifədən çıxarılıb
14 Dekabr 2024 15:51

