İrəvan Bakı ilə sülh imzalamağa və eyni zamanda ATƏT in Minsk Qrupunu buraxmağa hazırdır
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və eyni zamanda ATƏT-in Minsk Qrupunu ləğv etməyə hazırdır, baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Biz sülh sazişinin bağlanmasını və eyni zamanda ATƏT-in Minsk Qrupunun buraxılmasını təklif edirik. Yəni hər iki sənədin eyni gündə imzalanmasını təklif edirik”, – agentlik Paşinyandan sitat gətirir.
Onun sözlərinə görə, əgər Ermənistan “Dağlıq Qarabağ münaqişəsinin səhifəsini” bağlayırsa, o zaman onun həlli ilə məşğul olan Minsk qrupunun işini davam etdirməyin mənası yoxdur.
Paşinyan həmçinin qeyd edib ki, Bakının Dağlıq Qarabağın adının çıxarılaraq Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi əsassızdır.
DOĞRU.AZ

İrəvan sülh sazişinin bağlanması ilə eyni vaxtda ATƏT in Minsk qrupunu da buraxmağa hazırdır
26 May 2025 12:41
Paşinyanın RİYAKAR OYUNU: “İrəvan niyə öncə sülh imzalamağa, sonra Minsk qrupunu buraxmağa çalışır? KONKRET
15 Aprel 2025 19:35
Ermənistan ATƏT in Minsk qrupunu ləğv etməyə hazırdır, amma ...
31 Yanvar 2025 15:30
İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? Bayramov
19 Aprel 2025 16:58
“İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır”
29 Aprel 2025 18:54

