Icma.az
close
up
RU
Agentlik büdcədən aldığı vəsaiti banka depozitə qoyub

Agentlik büdcədən aldığı vəsaiti banka depozitə qoyub

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, dövlәt büdcәsi vәsaitlәrinә illik tәlәbatın düzgün müәyyәn edilməməsi ilə 2022-ci ildә 45 milyon manat, 2023-cü ildә 127 milyon 516,3 min manat vәsait müxtәlif şәrtlәrlә banklarda depozit kimi yerlәşdirilib, depozitdәn qayıtmış vәsaitlәr çıxılmaqla depozitin qalığı 2023-cü ilin sonuna 44 milyon 516,3 min manat olub.
Bundan başqa, müvafiq hüquqi aktla dövlәt büdcәsinin әsaslı vәsait qoyuluşu üçün nәzәrdә tutulmuş maliyyә resurslarından 2 әdәd lokomativin alınması tәyinatı üzrә ayrılmış 1 milyon manat vәsaitin hesabına ümumilikdә 822,2 min manat xәrclәnәrәk lokomotivlərin alınmasından sonra qalan 177,8 min manat tәyinatı bәlli vәsaitin auditin keçirildiyi müddәtin sonuna qədər Agentliyin bank hesabında saxlanılıb vә büdcәyә qaytarılmayıb.
Aidiyyәti hüquqi aktın tәlәblәri pozularaq icarәdәn әldә edilmiş 164,6 min manat mәblәğindә vәsaitin 50 %-i (yәni, 82,3 min manatı) büdcәyә köçürülmәyib, eyni zamanda kәnar hüquqi şәxslәrin istifadәsinә verilmiş sahәlәrә görә әmlak vә torpaq vergisinin dövlәt büdcәsinә hesablanması vә ödәnilmәsi tәmin edilmәyib.
Palata müәyyәn olunmuş nöqsan vә çatışmazlıqların aradan qaldırılması ilә bağlı tәdbirlәr görülməsi, qanunvericiliklә müәyyәn edilmiş qaydada mәlumat verilmәsi mәqsәdilә müvafiq Kollegiya Qәrarının vә Auditor hesabatının surәtinin Agentliyə göndәrilmәsini, audit nәticәlәri üzrә aşkar edilmiş aidiyyәti nöqsanlarla әlaqәdar qanunvericiliklә müәyyәn edilmiş sәlahiyyәtlәr çәrçivәsindә zәruri tәdbirlәr görülməsi üçün Maliyyә Nazirliyinә, İqtisadiyyat Nazirliyi yanında Әmlak Mәsәlәlәri Dövlәt Xidmәtinә vә Dövlәt Vergi Xidmәtinә müvafiq mәktublar göndәrilmәsini, auditin müvafiq nәticәlәri ilә әlaqәdar Nazirlәr Kabinetinә mәlumat tәqdim edilmәsini “Hesablama Palatası haqqında” qanuna uyğun olaraq Milli Mәclisә auditin nәticәlәri barәdә mәlumat verilmәsini təklif edib.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Yanvar 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri