Agentlik direktoru istefa verib, yoxsa...? Ceyhun Kərəmov Əmrullayevdən vəzifədən azad edilməsini istəyib
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov işdən çıxarılıb.
Mia.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Ceyhun Kərəmov vəzifəsindən azad olunması üçün ərizə ilə nazir Emin Əmrullayeva müraciət edib.
Nazirin əmri ilə o, direktor vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ceyhun Kərəmov 2020-ci il sentyabr ayının 15-dən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. 12 yanvar 2022-ci il tarixindən 2 oktyabr 2023-cü il tarixinədək Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edib. 2 oktyabr 2023-cü ildə isə Agentliyin direktoru vəzifəsinə təyin olunub.


Ceyhun Kərəmov vəzifədən azad edildi
01 Oktyabr 2025 17:51
Ceyhun Kərəmov: Misgərlik ixtisasına yenidən ehtiyac var
21 İyul 2025 13:09
Agentlik rəhbəri vəzifədən çıxarılıb
14 Dekabr 2024 15:51
“Peşə təhsilinə 82,2 milyon manat ayrılıb” Ceyhun Kərəmov
14 Yanvar 2025 10:28
Emin Əmrullayevdən Yeni təyinat
22 May 2025 12:08

