Agentlik: Kəlbəcər KES üzrə ölçmə işləri yekunlaşır
Icma.az bildirir, Apa.az portalına istinadən.
Kəlbəcərdə Külək Elektrik Stansiyasının (KES) tikintisi çərçivəsində ölçmə işləri yekunlaşmaq üzrədir.
"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.
"Kifayət qədər maraqlı nəticələr var. Göstəricilər kifayət qədər ümidvericidir", - Cavid Abdullayev qeyd edib.
Xatırladaq ki, 2024-cü ilin noyabrın 20-də COP29 çərçivəsində Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, "Clean Energy Invest" MMC (AGEC-in törəmə şirkəti) və "Baltech Green" MMC arasında Kəlbəcər KES-in inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Layihə dəniz səviyyəsindən 3 100 metr yüksəklikdə həyata keçiriləcək və ən hündür KES olacağı gözlənilir. "Clean Energy Invest" və "Baltech Green" layihə üçün birgə müəssisə yaradıblar.
Qeyd edək ki, 2025-ci ilin sonunda Kəlbəcərdə yüksək hündürlükdə ilkin gücü 240 MVt olacaq külək elektrik stansiyasının (KES) təməli qoyulub. İlkin gücü 240 MVt olacaq KES-in 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlayacağı gözlənilir. Layihə gələcəkdə 600 MVt gücə çatmaq potensialına malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 May 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















