Icma.az
close
up
RU
Ölçmə vasitələri üzrə sertifikatı necə əldə etmək olar? Rəsmi açıqlama

Ölçmə vasitələri üzrə sertifikatı necə əldə etmək olar? Rəsmi açıqlama

Icma.az bildirir, Metbuat portalına istinadən.

Ölçmələrin dəqiqliyi və etibarlılığı cəmiyyətin müxtəlif sahələrində – insan sağlamlığının qorunmasından tutmuş ətraf mühitin mühafizəsinə, dövlət təhlükəsizliyindən istehlakçı hüquqlarının təmin olunmasına qədər mühüm rol oynayır.

Bu baxımdan, standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında bu proses “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna əsasən dövlət tənzimləməsinin vacib istiqamətlərindən biri kimi həyata keçirilir və hüquqi-normativ çərçivə ilə təmin olunur.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunması ilə bağlı müraciətlər 2024-cü il mayın 1-dən etibarən Keyfiyyət informasiya sistemi (https://e-keyfiyyet.gov.az/home) vasitəsilə həyata keçirilir.

Qeyd olunub ki, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikat almaq üçün müraciətçi ərizə ilə Agentliyə müraciət etməlidir. Ərizəyə standart nümunənin və ya ölçmə vasitəsinin pasportu, istismar sənədləri və istehsalçı müəssisənin sənədlər dəsti, istehsalçı və ya digər xarici ölkənin dövlət qurumu tərəfindən verilmiş tip təsdiqi haqqında sertifikat (mövcud olduğu halda), standart nümunənin və ya ölçmə vasitəsinin təsviri, həmçinin yoxlama metodikası əlavə olunmalıdır.

Standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə hazırlanmış sertifikatlar fiziki və hüquqi şəxslərə Bakı KOB Evində təqdim olunur. Sertifikat 5 il müddətinə verilir. Tipi təsdiq edilmiş standart nümunələr və ya ölçmə vasitələri barədə məlumatlar dövlət reyestrinə (https://e-keyfiyyet.gov.az/informative-services/re...) daxil edilir.Standart nümunə və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə məlumatı hüquqi və fiziki şəxslər Keyfiyyət informasiya sisteminin “İnformativ xidmətlər” bölməsindən əldə edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 Sentyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri