Agentlik rəisi: Ötən il 86 PUA nın idxalı və istifadəsi ilə bağlı müraciətə baxılaraq, 48 nə mənfi rəy verilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 5 fevral, AZƏRTAC
2024-cü ildə 86 pilotsuz uçuş aparatının (PUA) idxal və istifadə edilməsi ilə bağlı müraciətə baxılaraq cavablar verilib. Onlardan gələcəkdə dövlət, peşə və şəxsi sirrin qorunmasına təhlükə yarada biləcək səbəblərdən 48 müraciət üzrə PUA-ların idxal və istifadəsinə mənfi rəy verilib.
AZƏRTAC xəbər verir ki, bunu Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində 2024-cü il ərzində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə Agentliyin rəisi general-mayor İlqar Abbasov deyib.
Onun sözlərinə görə, 2024-cü ildə neft və qaz ixrac boru kəmərlərinin mühafizə zonasında işlərin görülməsi üçün 192 fiziki şəxsin, 83 dövlət orqanı və hüquqi şəxslərin müraciətlərinə baxılaraq cavablar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 Fevral 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















