Agentlik sədri: 102 yaşlı vətəndaşa 37 ildir evində sosial xidmət göstərilir
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Sosial Xidmətlər Agentliyinin regional filialları tərəfindən 2025-ci il ərzində 2 969 nəfəri qadın, 919 nəfəri kişi olmaqla, ümumilikdə 3 888 nəfər vətəndaşa evdə - səyyar sosial xidmət göstərilib".
Oxu.Az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov "2025-ci ilin yekunları və qarşıda duran hədəflər"ə dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
V.Behbudov qeyd edib ki, evdə sosial xidmət görən ən yaşlı vətəndaş Nina Ryabsevadır:
"Onun 102 yaşı var və artıq 37 ildir ki, bu xidmətdən yararlanır".
Sədr vurğulayıb ki, bu xidməti göstərdikləri kontingent arasında şəhidlərimizin ailə üzvləri də var:
"Agentlik olaraq 2025-ci il ərzində 40 şəhid ailəsi üzvünü evlərində sosial-məişət xidməti ilə təmin etmişik. Hazırda isə 31 şəhid ailəsi üzvü tərəfimizdən bu xidmətlə təmin edilir".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Yanvar 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















