Sosial şəbəkələrdə ekstremist məzmunlu materialları kim yayır?
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son günlər sosial şəbəkələrdə ekstremist məzmunlu materialların yayılması hallarının artması müşahidə edilir. Ayrı-ayrı şəxslər hərəkətlərin cinayət olduğunu anlamadan dini fanatik hisslərə qapılaraq sosial şəbəkə hesablarında terror hadisələri və zorakılıq səhnələri paylaşırlar.
AzPost bildirir ki, bəzi istifadəçilər paylaşılan zorakılıq səhnələri ilə bərabər bu məzmunda posterlər də paylaşmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3 (Dini ekstremist materialları hazırlama, saxlama, yayma va ya bu əməlləri maliyyələşdirmə) maddəsində nəzərdə tutulan hərəkətləri edirlər.
Bununla yanaşı, digər dinlərə, təriqətlərə, həmin inancın adət-ənənələrinə, geyiminə, həyat tərzinə və ictimai xadimlərinə qarşı dözümsüzlük nümayiş etdirərək təhqiramiz fikirlər səsləndirirlər. Qeyd olunan hərəkətlər cəmiyyətdə kifayət qədər narahatlıq doğurmaqla, tolerantlıq mühitinə ciddi zərbə vurur və belə əməllər AR CM-in 283 (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddəsinin sanksiyası altına düşür.
Qeyd olunan hallar dini və dünyəvi bilikləri o qədər də yüksək olmayan, xüsusən, yeniyetmə və gənclər arasında daha çox müşahidə edilir.
Ölkəmizdə tarixən formalaşmış dinlərin və xalqların birgəyaşayış ənənəsini bilərəkdən yaxud məlumatsızlıqdan pozmağa yönələn hərəkətlər qəbuledilməzdir. Dini, milli, irqi mənsubiyyətindən asılı olmayaraq, heç kəs bu motivlərlə qısnamaya məruz qala bilməz və belə ekstremist hərəkətlərə çağırış etmək məsuliyyətə səbəb olur.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 19 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















