Icma.az
close
up
RU
Agentlik sədri: Bu günədək 10 mindən çox gənc İRİA nın təlim və inkişaf proqramlarından yararlanıb

Agentlik sədri: Bu günədək 10 mindən çox gənc İRİA nın təlim və inkişaf proqramlarından yararlanıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 17 dekabr, AZƏRTAC

“IDDA Awards” yalnız mükafatlandırma tədbiri deyil, ölkədə innovasiya ekosisteminin qurulmasına yönəlmiş ardıcıl təşəbbüslərin tərkib hissəsidir. Bu müsabiqə artıq dördüncü ildir keçirilir və bu müddət ərzində 500-ə yaxın iştirakçı müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimində bildirib.

“Bu, innovativ düşüncənin və innovasiya mədəniyyətinin formalaşdırılması baxımından mühüm platformadır”, – deyə Fərid Osmanov vurğulayıb.

İRİA sədri qeyd edib ki, cari ildə müsabiqəyə innovasiya ictimaiyyəti tərəfindən xüsusi maraq göstərilib. Belə ki, 8 nominasiya üzrə 162 müraciət qeydə alınıb və müraciətlər çərçivəsində 58 mindən artıq vətəndaş açıq ictimai səsvermədə iştirak edib. Qaliblər bu gün keçirilən tədbir çərçivəsində elan olunacaq.

Fərid Osmanov münsiflər heyətinin rolunu da xüsusi vurğulayıb. Bildirilib ki, 24 nəfərdən ibarət peşəkar münsiflər heyəti startapların və innovativ həllərin qiymətləndirilməsində aktiv iştirak edib və seçim prosesinə mühüm töhfə verib.

Agentlik rəhbəri əlavə edib ki, “IDDA Awards” innovasiya ekosisteminin inkişafında fokuslanılan beş əsas istiqamətdən biri hesab olunur. Bu istiqamətdə cari il ərzində həm Bakıda, həm də regionlarda innovasiya mərkəzlərinin fəaliyyəti genişləndirilib, ali təhsil müəssisələri ilə birgə startapların ideyadan hazır həll mərhələsinədək dəstəklənməsi təmin olunub.

İnsan kapitalının inkişafının prioritet olduğunu qeyd edən Fərid Osmanov bildirib ki, bu günədək 10 mindən artıq gənc İRİA-nın təlim və inkişaf proqramlarından yararlanıb. Hazırda da ali təhsil müəssisələri ilə birgə həyata keçirilən və müraciətlərin davam etdiyi aktual təhsil proqramları mövcuddur.

Onun sözlərinə görə, cari ildə maliyyə ekosisteminin gücləndirilməsi, maliyyə resurslarına çıxışın genişləndirilməsi və müvafiq fondların yaradılması istiqamətində də mühüm addımlar atılıb.

Fərid Osmanov vurğulayıb ki, dövlət qurumları, təhsil müəssisələri, özəl sektor və innovasiya icmasını bir araya gətirən əsas amil innovasiya mədəniyyətinin formalaşdırılmasıdır və “IDDA Awards” müsabiqəsi bu kommunikasiyanın gücləndirilməsi üçün mühüm platforma rolunu oynayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see183

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see162

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see154

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see152

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see147

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see144

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri